Babek Rayonunun Mineral Bulaqlari - Wikipedia
Naxçıvan Muxtar Respublikasında 200-dən artıq mineral bulaq var. Bunun da təqribən əllisi Babək rayonunun payına düşür. Babək rayonunda 50 mineral bulaq elmi şəkildə öyrənilmişdir ki, onların 27-si mexaniki üsul ilə qazılmışdır. Rayondakı “Sirab” mineral bulaqlarının gündəlik debütü (su sərfi) 22477265 litrdir. “Sirab” suyu müalicə əhəmiyyətinə görə rayondakı “Qahab”, “Vayxır”, “Cəhri” və “Qızılvəng” mineral sularından üstündür.
Cəhri mineral bulağı
redaktəCəhri mineral bulağı. Babək rayonu ərazisində Cəhri kəndindən 5 km şimaldadır. Həmin suya kənddə Kərbəlayi Əziz bulağı da deyirlər. Zəif minerallaşmış su, karbonqazlı, hidrokarbonatlı-xlorlu, natriumlu-kalsiumlu-maqneziumludur. Daxili xəstəliklərin müalicəsində (bağırsaqları təmizləmək üçün 18-20 Cº) əhəmiyyətlidir[1].
Əshabi-Kəhf mineral bulağı. Babək rayonu ərazisində Qahab kəndindən 6 km cənub-şərqdə, Naxçıvan şəhərindən 12 km. məsafədə müqəddəs “Əshabi Kəhf (Culus) dağı” nın ətəyindədir. Oradakı “təndirdən” (yer çatından) hər 15 dəqiqədən bir mineral soyuq su köpüklənərək təzyiqlə çıxır. Zəif minerallaşmış suyun tərkibi radonlu, karbonqazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı və natriumlukalsiumludur. Rusiyadakı “Pyatiqorsk” (Şimali Qafqaz) mineral suyunun analoqudur. Rematik xəstəliklərin müalicəsində suya girməklə 10-15 dəqiqə gözləməli və sonra bədəni günəş şüaları ilə qurutmaq lazımdır. Müalicə məqsədilə vanna kursu on gün davam edilməlidir[1].
Qızılvəng mineral bulağı
redaktəQızılvəng mineral bulağı. Babək rayonu ərazisində, Qızılvəng dəmiryolu stansiyasından 2 km, Araz su anbarı dəryaçasından isə 300 metr aralıdadır. Orada 1963-cü ildə Araz çayı üzərində bənd tikilərkən mineral bulaqların əksəriyyəti su altında qalmışdır. Orta əsrlərdə həmin bulaqlara “Astaabad bulaqları” da deyilirdi. Zəif minerallaşmış su acı-şor dadlı olmaqla Rusiyanın “Pyatiqorsk” (Şimali Qafqaz) suyunun oxşarıdır. Daxili xəstəliklərin müalicəsində əhəmiyyətlidir[1].
Quyuludağ mineral bulağı
redaktəQuyuludağ mineral bulağı. Babək rayonu ərazisində Sirab kəndi yaxınlığında, Sirab mineral su yatağından 4 km qərbdədir. Suyun tərkibi karbonqazlı, orta dərəcədə minerallaşmışdır. Həmin sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə etmək olar. Yay aylarında bulağın suyu azalaraq sutkada 80-75 m³/gün olur[1].
Sirab mineral bulağı
redaktəSirab mineral bulağı. Babək rayonu ərazisində, Sirab kəndindən 3 km şimalda, okean səviyyəsindən 1100 m. yüksəklikdədir. Orada kimyəvi tərkiblərinə görə üç tipdə mineral bulaqlar vardır. Həmin su yataqları 1966-ci ildə elmi şəkildə öyrənilmişdir[1].
I tip mineral bulağı. Zəif minerallaşmış karbonqazlı, hidrokarbonatlı, kalsiumlu-natriumludur. Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” tipli mineral suyunun analoqudur.
II tip mineral bulağı. Orta dərəcədə minerallaşmış karbonqazlı, hidrokarbonatlı, natriumludur. Gürcüstandakı “Borjom” tipli suya oxşardır.
III tip mineral bulağı. Yüksək dərəcədə minerallaşmış karbonqazlı, mərgümüşlü, hidrokarbonatlı- xlorlu, natriumludur.
Rusiyanın Saxalimndəki “Sineqorsk” və Culfadakı “Darıdağ” tipli mineral sularının oxşarıdır[1].
I-II qrup mineral sulardan daxili xəstəliklərin müalicəsində (sutkada 1-2 litr)və süfrə suyu kimi istifadə etmək olar. III qrup mineral su mədə-bağırsaq, qaraciyər, qoturluq və digər xəstəliklərin müalicəsində (gündə 0,1-0,2 litr), qurtumla içməyə yararlıdır. Həmin suyun tərkibində mərgümüş (radiaktiv zəhərli maddə) olduğundan yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır[1].
Vayxır mineral bulağı
redaktəBabək rayonu ərazisində Naxçıvan şəhərindən 18 km şimalda kəndin şimalqərbindəki okean səviyyəsindən 1100 m. yüksəklikdə, bir neçə sayda mineral bulaqlar vardır. Kimyəvi tərkibinə görə mineral sular iki qrupa ayrılırlar. İkinci qrupdan olan bulağın suyu “Sirab” mineral suyu kimi zəif minerallaşmış karbonqazlı, hidrokarbonatlı, kalsiumlu-natriumludur. Vayxır mineral bulaqları 1972-ci ildə elmi şəkildə öyrənilərək, orada 1985-ci ildə Vayxır Mineral Su Zavodu yaradılmışdır. 1987-ci ildən “Vayxır” mineral suları 0,5 litrlik şüşə qablarda sənaye üsulu ilə istehsalına başlanmışdır. Vayxır mineral sularından daxili xəstəliklərin müalicəsində qaraciyər (hepatiti), öd kisəsi iltihabı, xroniki qastiritlər, xroniki kolitlər və.s müalicəsində (sutkada 0,5 litr, 18-20 Cº) içilməsi əhəmiyyətlidir. Vayxır suyunun osmotik qatılığı, insandakı qan plazmasının qatılığına uyğun gəldiyindən daxili xəstəliklərin müalicəsində əvəzolunmaz təbii mineral sudur[1].
Sürəməlik mineral bulağı
redaktəSürəməlik mineral bulağı. Əvvəllər Babək rayonu ərazisində olmuş qədim Sürəməlik kəndindən 5 km. şimal şərqdə, okean səviyyəsindən 1400 m. yüksəklikdədir. Zəif minerallaşmış bulağın suyu Eosen əhəngdaşlı qumdaşları layından çıxaraq, tərkibi karbonqazlı, dəmirlidir. Elmi şəkildə öyrənilməmişdir[1].