Babek Rayon Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1981-ci il dekabr ayının 18-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Muzey ekspozisiya zalından və iş otaqlarından ibarətdir.
Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
Mövzu | Tarix |
Yerləşir | Nəcməddin Naxçıvani, döngə 4, 10, Naxçıvan, AZ7005[1] |
Kolleksiyası | eksponat |
Direktor | Sərxan Abdullayev |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
Muzey eksponatları
redaktə200 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hal-hazırda rayonun qədim tarixini əks etdirən 3500-ə yaxın eksponat toplanmışdır. Muzeydə 3780-ə yaxın eksponat qorunub saxlanaraq ekspozisiyalar, daimi və səyyar sərgilərlə nümayiş etdirilir. Onlardan 500-dən çoxu ekspozisiyada nümayiş etdirilir. Ekspozisiya bir neçə guşə və bölmələrə ayrılmışdır. Burada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə, qədim məişət və təsərrüfat alətləri, əkinçilik və toxuculuq məmulatları, xalçalar, rəsm əsərləri, dekorativ-tətbiqi sənət nümunələri, eyni zamanda müasir Babək rayonu haqqında məlumatlar, fotoşəkillər, stendlər, rayonun fauna və florasını əks etdirən nümunələr, yeraltı və yerüstü sərvətləri və kitablar sərgilənir.[2]
Muzey binası ekspozisiya, eksponatların qorunub mühafizə edilməsi məqsədilə fond otağı, ekspozisiya–sərgi salonu və digər otaqlara ayrılmışdır. Ekspozisiyada ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı H.Əliyevə həsr edilmiş guşə yaradılmışdır. Guşədə müxtəlif sənədlər, fotolar, kitablar, qəzetlər, jurnal materialları nümayiş etdirilir.
Ekspozisiya bölmələri
redaktəEkspozisiya yeddi bölmə üzrə tərtib edilmişdir. Ekspozisiyada tarixilik baxımından çox qiymətli və zəngin eksponatlar nümayiş etdirilir. Kültəpə, Vayxır, Böyük düz, Çalxanqala və başqa kəndlərin ərazisində gəzinti ekspedisiya zamanı aşkar edilmiş əşyalar vardır. Qəbirlərdən tapılmış gil qablar, toqqa, əmək alətləri, sümük bizlər, oraq dişləri, ox ucluqları, kasa, nimçə qırıqları və digər məişət əşyaları eyni zamanda milli geyim nümunələri, yun corablar, bədii tikmələr, baş örtükləri, arxalıqlar, bəzək əşyaları, qolbağlar, sırğalar və başqaları tamaşaçıların maraqla baxdığı eksponatlardır. Bölmələrdə qədim musiqi alətləri, kənd təsərrüfatı alətləri, əmək alətləri nümayiş etdirilir. "Torpaq uğrunda ölən varsa Vətəndir" guşəsində Qarabağda, Sədərəkdə döyüşlərdə həlak olmuş şəhidlərimizə, Böyük Vətən Müharibəsində qəhrəmanlıqla vuruşmuş mərd övladlarımıza aid müxtəlif sənədlər, fotolar nümayiş etdirilir. Muzey əməkdaşları muzeydə və muzeydənkənar keçirdikləri mədəni-kütləvi tədbirlər vasitəsilə qəsəbə və kənd əməkçilərinə, məktəblilərə və digər qrup tamaşaçılara nümunəvi xidmət göstərməyə səy edirlər. Eləcə də fondun zənginləşdirilməsi və komplektləşdirilməsi məqsədilə toplama işləri aparılır.[3]
İstinadlar
redaktə- ↑ "Muzey kataloqu". kataloq.gomap.az. 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.01.2021.
- ↑ "Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi". http://nmn.az. 2021-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 08.01.2021.
- ↑ "Tarix-diyarşünaslıq muzeylərinin yaranması və fəaliyyəti". www.tarixmuzeyi.nmr.az. 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.01.2021.
Xarici keçidlər
redaktə- "Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni eksponatlar təqdim olunub". /azertag.az. İstifadə tarixi: 08.01.2021.
- "Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən yeni eksponatlar təqdim edilib". www.serqqapisi.az. 2021-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 08.01.2021.