Babek Qalasi Qurultayi - Wikipedia
Babək qalası qurultayı və ya Bəzz qalası qurultayı — Azərbaycanın milli qəhrəmanı Babək Xürrəminin ad günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş zamanı keçirilən tədbir.
Qurultay ərəfəsində İranın bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.[1]
Eyni zamanda müxtəlif şəhərlərdə Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilir.
Babək Xürrəminin ad günü kimi qəbul edilən tarix adətən Kəleybər şəhərinin yaxınlığındakı Bəzz, yaxud Babək qalasında qeyd edilir. Lakin, son illər ərzində İran hökumətinin məntəqədə hərbi manevrlər keçirməsinə görə qalanın ətrafında toplaşmağa imkan tapa bilməyən əhali bu mərasimi şəhər mərkəzlərində qeyd edir. Babək qalasın illik qurultayının qadağan olunmasından sonra, Traktor Sazi klubunun tərəfdarları hər həftə Təbrizin Səhənd stadionunda toplaşıb milli şuarlar səsləndirirlər.
Mənbə
redaktə- «Amnesty International» Tehranı İran Azərbaycanıyla bağlı təmkinli olmağa çağırır
- Babək qalasına gedən yolların çoxunun bağlandığı xəbər verilir
- İran azərbaycanlıları Bəz qalasına yürüşə hazırlaşır
- Babək qalasında illik festival keçiriləcək
- Babək qalasına yürüşə çağıran vərəqələr yayılıb
- Babək qurultayının son günü yeni həbslərlə nəticələnib
- Babək qalasında 3 milli fəal həbs olunub
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Rəcəb Həsənbəyov. "Babək Qalası Qurultayı". Milliyyət Araşdırmalar Mərkəzi. 2019-07-15 tarixində orijinalından arxivləşdirilib.