Basqirdistan Muxtar Sovet Sosialist Respublikasi - Wikipedia
Başqırdıstan Muxtar Sovet Sosialist Respublikası (Başkiriya, Başqırdıstan, Başqırd MSSR, BASSR, Muxtar Sovet Sosialist Başqırdıstan Respublikası; başq. Башҡорт Автономиялы Совет Социалистик Республикаhы, Başqortostan Avtonomijalь Sovet Sotsialistik Respublikahь, Başqortostan ASSR-ь) — RSFSR tərkibində muxtar respublika.
muxtar respublika | |||||
Başqırd Muxtar Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
Башҡорт Автономиялы Совет Социалистик Республикаhы, Başqortostan Avtonomijalь Sovet Sotsialistik Respublikahь | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt |
Sterlitamak (1919—1922) Ufa (1922—1990) |
||||
Rəsmi dilləri |
başqırd rus |
||||
Valyuta | SSRİ rublu | ||||
Ərazisi |
156 min. km² (1922) 142,9 min. km² (1990) |
||||
Əhalisi | 3 943 100 nəf. (1989) | ||||
İdarəetmə forması | Respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Respublika 20 mart 1919-cu ildə Sovet hakimiyyəti ilə Başqırdıstan hökuməti arasında imzalanmış anlaşma nəticəsində təşkil edilmişdir. Başqırdıstan MSSR RSFSR tərkibində daxil olan ilk muxtar respublika olur[2]. Bu həm də anlaşma ilə təşkil edilən ilk muxtar respublika olur.
11 oktyabr 1990-ci ildə Başqırdıstan MSSR Ali Soveti Başqırdıstan Dövlət Suverenliyi haqqında Deklarasiyanı imzalayır. Bununlada respubliksnın adından muxtar sözü silinir. 24 may 1991-ci ildə RSFSR Xalq Deputatlar Soveti bu qərarı təstiqləyir və 1978-ci ildə qəbul edilmiş RSFSR konstitutsiyasının 71-ci bəndinə dəyişiklik edir[3].
Respublikanın adı 16 may 1992-ci ildə Başqıdıstan Respublikası olaraq dəyişdirilir.
Təşəkkül tarixi
redaktəMuxtariyyatın təşkili
redaktəFevral inqilabından sonra 1917-ci ildən regionda Başqırd milli hərəkatı milli-ərazi muxtariyyatı uğrunda mübaizəyə başlayır. 1917-ci ilin iyul-avqust ayları Orenburq və Ufada şəhərlərində Ümumbaşqırd qurultayı keçirilir. Burada Rusiya Federasiyasının tərkibində Milli-ərazi muxtariyyəti əsasında Demokratik Respublikasının qurulması qərara alınır. Birinci seyzdin seçimi və ikincinin seçilməsi öncəsi Karvansarayda Başqırd hökuməti fəaliyyət göstərirdi. Onlar Ümumrusiya Təsisetmə Qurultayına hazırlaşırdı. Bu toplantı 1918-ci ilin yanvarında baş tutmalı idi. Oktyabr inqilabı muxtariyyat prosesinə korrektiv gətirdi. 15 noyabr (28 noyabr) 1917 ildə Başqırd vilayət (mərkəzi) şurası Orenburq, Perm, Samara, Ufa quberniyalarının bir hissəsi Rusiya Respublikasının tərkibində muxtariyyat alır. Ərazi-milli muxtariyyatı Başqurdstan adlandırılır. 8-20 dekabr 1917-ci ildə Orenburqda sonuncu qərar III Ümumbaşqırd qurultayında qəbul edilir.
«Kiçik Başqırdıstan» məvhumu 1918-ci ilin yanvarında «Kiçik Başqırdıstan muxtariyyatı haqqında vəziyyət» toplantısında meydana gəlir. «Kiçik Başqırdıstanın» Prem quberniyasına daxil olan Kranoufa qəzasının cənubu, Osinski qəzasının cənubu, Yekaterinburq qəzasının cənub-şərqi, Şardinski qəzasının cənub-qərbi, Orenburq vilayətinin Çelyabinsk qəzasının cənub-qərbi, Troisk qəzasının qərbi, Verxneuralsk qəzasının bir hissəsi, Orenburq qəzasının şimalı, Ufa quberniyası Birsk qəzasının cənub-qərbi, Sterlitamaks qəzasının şimal-şərqi, Samara quberniyasının Buquruslansk qəzası. Göstəricilər: ərazisi — 78439 km², əhali — 1219,9 min nəfər.
Sovet Mərkəzi hakimiyyəti ilə Başqırd Ordusunun Qırmızı ordunun tərəfinə keçməsindən sonra Başqırd hökumətinin yenidən qurulması haqqında 1919-cu ilin 16 yanvarında Temyasova kəndində danışıqlar baş tutur. 21 fevral 1919-cu ildə Ümumbaşqırd hərbi syezdində Başrevkomun tərkibi seçilir. Muxametxan Kulaev onun sədri olur. Hökumət artıq sovet sisteminə uyğun muxtariyyat qurmağı hədəfləyir.
20 mart 1919-cu ildə Moskvada Sovet hakimiyyəti ilə Başqırd hökuməti arasında Muxtar Başqırd Sovet Sosialist Respublikasının qurulması haqqında sazış imzalanır. Bu tarixi aktı Sovet hökuməti tərəfdən Sovnarkomun sədri Vladimir İliç Lenin, MİK sədri Mixail Vladimirski və narkomnas İosif Stalin, Başqırdıstan tərəfdən Başqırd hökuməti sədri Muxametxan Kulaev, Başqırd Mərkəzi Şurasının sədri Mullayan Xalikov və Başqırd qoşunlarının adyudantı Abdraşit Bikbavov imzalamışdır. Bu məlumat «İzvestiys VSİK» qəzetində 23 mart 1919-cu ildə dərc edilir. Bu tarix Başqırsdıstan MSSR rəsmi yaranma tarixi kimi qeyd edilir. «Kiçik Başqırdıstan» termini nəhayətdə MBSSR ilə əvəzlənir.
«Kiçik Başqırdıstanın» ehtimal edilən əraziləri təşkil olunmuşdur: Orenburq qəzasının 17, Orsk qəzasının 28, Verxneuralsk qəzasının 12, Troysk qəzasının 6, Çelyabinsk qəzasının 9, Buzuluk qəzasının bir volosu (Orenburq quberniyası), Şardin qəzasının 8, Yekaterinburq qəzasının 4, Krasnoufa qəzasının 6volosu və 3 volosundan 5 kənd (Perm quberniyası), Zlatoustov qəzasının 14, Ufa qəzasının 4 volostu və 2 volostun başqırd kəndləri, Sterlitamaks qəzasının 29 volostu (Ufa quberniyası).
Kolçakın hücumları səbəbindən Başrevkom Saranska evakuasiya edilir. Hökumət 1919-cu ilin avqustuna qədər burada qalır. 20 avqust 1920-ci ildə hökumət Sterlitamak şəhərinə qayıdır. Elə həmin ilin noyabrında Sterlitamak qəzasının 16 volosu respublikanın tərkibinə verilir.
Başqırd KP MİK birinci katibi
redaktəBaşqırd hökumətinin sədrləri
redaktə- Yunus Bıkbov (20 dekabr 1917 — yanvar 1919)
- Mstislav Kulayev (yanvar 1919 — mart 1919)
Xalq Komisarlar Sovetinin rəhbərləri
redaktə- Qali Şamiqulov (iyul 1919 — oktyabr 1920)
- Mullayan Xalikov (iyul 1921 — 4 noyabr 1925)
- Aksan Muxametkulov (noyabr 1925 — yanvar 1930)
- Zinatulla Bulaşev (yanvar 1930 — 20 sentyabr 1937)
- Fazil Şaqimərdanov (okyabr 1937 — fevral 1940)
- Sabir Vaqapov (fevral 1940 — fevral 1946)
BMSSR hökumət rəhbərləri
redaktə- Nasir Urazbayev (1946—1951)
- Valey Nabiullin (1951—1962)
- Zəkəriyə Aknazarov (1962—1986)
- Marat Mirqazyamov (1986—1992)
Dövlət mükafatları
redaktə- 15 mart 1935 - Sənsyenin və Kənd təsərrüfatının inkişafına görə Lenin ordeni.
- 13 iyun 1957 - Başqırdıstanın Rusiyaya birləşməsinin 400 illiyi və sənayenin, kənd təsərrüfatının və mədəniyyətin inkişafına görə Lenin ordeni.
- 21 mart 1969 - Respublikada kommunist tikintində əldə olunan uğurlara görə "Oktyabr inqilabı" ordeni
- 29 dekabr 1972 - sovet xalqlarının əməkçiləri ilə dosluq münasibətləri ilə əlaqədar Xalqlar Dosluğu ordeni.
Ədəbiyyat
redaktə- История административно-территориального деления Республики Башкортостан (1708—2001): Сборник документов и материалов. — Уфа: Китап , 2003. — 536 с.
- Гатауллин Р. Ш. Динамика административно-территориального подчинения исторического Башкортостана // Материалы IV Всероссийской научно-практической конференции «Организация территории: Статика, динамика, управление» / БГПУ им. Акмуллы, Башкортостанстат. — Уфа: Башкортостанстат, 2007. — 288 с.
- Уральская историческая энциклопедия / Под ред. В. В. Алексеева. — Екатеринбург: Уральское отделение РАН, 1999.
Mənbə
redaktə- Муллаян Давлетшинович Халиков — государственный и политический деятель Arxivləşdirilib 2018-05-04 at the Wayback Machine
- Муллаян Давлетшинович Халиков — Личность в башкирской истории
- Историческая среда: «Преемник Валидова»[ölü keçid]
- Всемирный исторический проект (whp057.narod.ru) Arxivləşdirilib 2009-12-14 at the Wayback Machine
- Рождение Башкирской Республики. В 9-ти частях
İstinadlar
redaktə- ↑ https://science.openrepublic.ru/ru/articles/51346/.
- ↑ БСЭ т.4 1950 год стр 347
- ↑ "Закон РСФСР от 24 мая 1991 г. «Об изменениях и дополнениях Конституции (Основного Закона) РСФСР". 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.