Baskend Goyce - Wikipedia
Başkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd.[2]
Kənd | |
Başkənd | |
---|---|
40°15′04″ şm. e. 45°08′53″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Kəvər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.096 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1207 |
Tarixi
redaktəRayon mərkəzindən 12 km cənub-qərbdə, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Kəndin ilk adı Göyçə Başkəndi olmuşdur. Yəni Göyçə mahalında yerləşən Başkənd. Sonradan Göyçə sözü atılmış, kənd Başkənd adlandırılmışdır.
Toponim Azərbaycan dilində «böyük», «əsas», «yuxarı» mənasında işlənən baş sözü ilə[4] kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qeğarkuni qoyulmuşdur.
Əhalisi
redaktəErmənilər buraya 1828-29-cu, 1914-1919 - cu illərdə Türkiyənin Alaşkerd, Muş və Bulanis vilayətlərindən köçürülmüşdür[5].
Kənddə 1873 - cü ildə 191 nəfər azərbaycanlı, 272 erməni, 1886-cı ildə 243 nəfər azərbaycanlı, 385 erməni, 1897-ci ildə 357 nəfər azərbaycanlı, 440 erməni, 1914 - cü ildə 410 nəfər azərbaycanlı, 704 nəfər erməni yaşamışdır[6].
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən vəhşicəsinə qırğınlarla qovulmuşdur.
1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 96 nəfər azərbaycanlı, 763 erməni, 1926-cı ildə 112 nəfər azərbaycanlı, 928 erməni, 1931-ci ildə 194 nəfər azərbaycanlı, 1156 erməni yaşamışdır[7]. Lakin erməni mənbələrində burada azərbaycanlılarn yaşadığı göstərilmir və guya kənddə yalnız ermənilər yaşamışdır[5]. Azərbaycanlılar 1930 - cu illərin sonunda Ermənistanın Qarabağlar rayonuna, Qarabağlar rayonu ləğv edildikdən sonra SSRİ Nazirlər Sovetini xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından çıxarılaraq 1948-50-ci illərdə Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər məskunlaşmışdır.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.34
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.77
- ↑ 1 2 Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.827
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.68-69, 144-145
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.69, 145