Basixordalilar - Wikipedia
Başıxordalılar (lat. Cephalochordata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan yarımtipi.
Başıxordalılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Yarımtip: Başıxordalılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Nümayəndələri dəniz dayazlıqlarında qum içərisində yaşayır. Bunların bədəni yanlardan yastılaşıb, ağzı bığcıqlarla əhatə olunub. Xorda bütün bədən boyu uzanır, hətta sinir borusundan qabağa çıxır. Ona görə də bunlara başıxordalılar deyilir. Nümayəndəsi neştərçədir.
30 növlə təmsil olunmuşdur. Xarakterik nümayəndəsi dənizin qumlu, dayaz yerlərində, dibdə yaşayan neştərçədir (Branchiostoma lanceolatum). Uzunluğu 8 sm-ə qədərdir. Neştərçələrdə baş, beyin, çənə, ürək olmur. Əsas skeleti xorda təşkil edir, ayrıcinsiyyətlidir. Mayalanma suda baş verir. Neştərçələr filtrator orqanizmlərdir. Qida kirpikciklərin hərəkəti ilə ağız dəliyinə yönəldilir və onun vasitəsilə su axını ilə birlikdə sorulur. Neştərçələr fitoplankton, şaxəbığcıqlı xərçənglər, infuzorlar, diatom yosunlar, ibtidai xordalılar və onurğasızların sürfələri ilə qidalanır. Azərbaycan faunasında bu canlılar qeyd edilməmişdir.
Təsnifat
redaktə- Asymmetronidae fəsiləsi
- Neştərçələr (Branchiostomidae) fəsiləsi
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Nielsen C. The authorship of higher chordate taxa (ing.). // Zoologica Scripta: An International Journal of Systematic Zoology Wiley-Blackwell, 2012. Vol. 41, Iss. 4. P. 435–436. ISSN 0300-3256; 1463-6409 doi:10.1111/J.1463-6409.2012.00536.X