Bagdad Metropoliteni - Wikipedia
Bağdad metropoliteni (ərəb. مترو بغداد) — İraqın paytaxtı Bağdad şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi.
Bağdad metropoliteni | |
---|---|
Təsvir | |
Ölkə | İraq Respublikası |
Yerləşməsi | Bağdad |
Marşrut şəbəkəsi | |
Xətlərin sayı | 2 |
Şəbəkənin uzunluğu |
|
Tarixi
redaktəİlk layihə
redaktəƏrəb dünyasında Bağdad metropoliteni planı ilk dəfə hələ 1970-ci illərin sonu-1980-ci illərin əvvəllərində Səddam Hüseyn tərəfindən işlənib. Ambisiyalı layihənin 1975-ci ildə layihələşdirilməsinə, daha sonra isə tikintisinə başlanıb. Layihəyə görə 2 yeraltı xəttin tikintisi planlaşdırılırdı: 1-ci xətt şimaldan cənuba, 2-ci xətt isə qərbdən şərqə. Bəyan edilirdi ki, metro tərkibinə misirli mühəndislər tərəfindən tikiləcək, heyətlər isə Çin şirkətlərindən biri tərəfindən təqdim ediləcəkdir. Bağdad şəhərinin altı ilə metroploiten üçün də nəzərdə tutulan tunellər şəbəkəsi müxtəlif qiymətlərlə bir neçə kilometrdən 10-la km-ə qədər serb, Çin və alman şirkətləri tərəfindən tikildi. Lakin 1983-cü ildə aparılan işlər İran-İraq müharibəsinin başlanması ilə dayandırıldı. İrəli sürülən iddialara görə tərk edilmiş tunellərdə Səddam Hüseyn silah saxlayır və qoşunlarını gizlədirdi.[1]
Layihənin bərpası
redaktəXXI əsrin əvvəllərində şəhər hakimiyyəti yeraltı metronun yaradılması haqqında layihəni yenidən dirçəltməyə çalışırlar.[2][3] Baxmayaraq ki, Səddam Hüseyn rejiminin devrilməsindən sonra planlar reallaşmadı, bununla belə hələ də güman edilirdi ki, həmin layihəyə görə metropoliten 1,2 milyard dollara başa başa gələcək, tikinti işləri isə 2004-cü ildə başlayıb 2006-cı ildə başa çatdırılacaqdır.[4][5]
Reallaşmaqda olan layihə
redaktə2008-ci ildən İraqa nisbi sabitliyin qayıtmasından sonra Bağdad hakimiyyəti yerüstü metro tikintisi ilə bağlı tender elan etdi. Tenderə görə daha az xərclə 39 kilometr uzunluğunda 2 xətli Xalani mərkəzi rayonunda kəsişən, xətlər və onların arası ilə qatarların mövcud marşrut hərəkəti layihəsinə baxıldı. Tikintinin həmin il başlanması, iki xəttin istismara verilməsi ilə 2012-ci ildə başa çatdırılması planlaşdırıldı. Lakin layihənin reallaşdırılması yenidən - 2012-ci ilə qədər təxirə salındı. Əvvəlcə şəhər idarəçiliyi tərəfindən bəyan edilmişdi ki, tikinti iraqlı mühəndislər tərəfindən aparılacaq, lakin daha sonra məlum oldu ki, 2011-ci ilin fevralında "Alstom" fransız şirkəti metropolitenin tikilməsi ilə bağlı Bağdad bələdiyyə idarəsi ilə ilkin razılışma imzalayıb. Tikintinin dəyəri ilk növbədə təxminən 1,5 milyard yevroya, bütövlükdə isə bütün sistemin tikilməsi 3 milyard dollara başa gəlməli və tikintisi 4-5 il çəkməli idi. Bağdad metrosu layihəsi sentyabr ayının 13-dən 16-na qədər keçirilən «Baghdad Construction Expo 2012»-yə (2012-ci il Bağdad beynəlxalq tikinti sərgisinə) təqdim edildi.[6]
Xətlər
redaktəBirinci xətt
redaktəPlana görə xətlər 20 stansiyadan ibarət 18 km. uzunluqda olmalı idi. Xətlər şimal-şərqə doğru Bağdad rayonunun ən sıx məskunlaşmış rayonu-Mədinət-əs-sədrlə, şimal-qərb məhəlləsi Əl-Əzmiyyəni birləşdirməli idi. Bu xətt şəhərin mərkəzindən keçəcəkdi.[2]
1-ci xəttdəki stansiyaların siyahısı
redaktə- Səddam-Siti (ing. Saddam City)
- Saura (ing. Тhawra)
- Seyf Səəd (ing. Saif Saad)
- Kunatira (ing. Qunatira)
- Colan küçəsi (ing. Jolan Street)
- Qüds küçəsi (ing. Quds Street)
- Zühur küçəsi (ing.Zouhour Street)
- Şəhidlər abidəsi (ing. Мartyr's Мonument)
- Fələstin küçəsi (ing. Palestine Street)
- Talsim qapısı (ing. Talsim Gate)
- Şərqi Bağdad vağzalı (ing. East Baghdad Station)
- Port-Səid küçəsi (ing. Port Said Street)
- Səbəvi meydanı (ing. Sabawi Square)
- Xalani (2-ci xətdə keçid stansiya) (ing. Khalani)
- Şorca (ing.Shorjah)
- Amin küçəsi (ing. Amin Street)
- Medan (ing. Medan)
- Sərəfiyyə (ing. Sarafiya)
- Məğrib küçəsi (ing.Maghrib Street)
- Antara meydanı (ing. Antar Square)
İkinci xətt
redaktəPlana görə bu xətt uzunluğu 21 km olan 21 stansiyadan ibarət olacaq. Xətt Bağdadın cənubunu Dəclə çayının sağ sahili ilə birləşdirəcək. Bu xətt Əl-Karrada mərkəzi ticarət məntəqəsindən keçib Dəclə çayının üzərindən keçəcəkdi.[2]
2-ci xəttdəki stansiyaların siyahısı
redaktə- Məsbəh (ing. Masbah)
- Milli teatr (ing. National Theatre)
- Miryana meydanı (ing. Mirjana Square)
- Firdovs meydanı (ing. Firdaws Square)
- Naser meydanı (ing. Nasir Square)
- Təhrir meydanı (ing. Tahrir Square)
- Xalani (1-ci xəttə keçid stansiya) (ing. Khalani)
- Müstənsir küçəsi (ing. Mustansir Street)
- Hayfa küçəsi (ing. Haifa Street)
- Milli muzey (ing. National Museum)
- Beynəlxalq vağzal (ing. International Station)
- Mütanəbi (ing. Mutanabi)
- Mənsur (ing. Mansour)
- 14-cü Ramazan (ing. 14th Ramadhan)
- Rəbiyyə küçəsi (ing. Rabie'a Street)
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Brayan Mak Vilyams. Səddamın Gizli tunellərinin dağılması Arxivləşdirilib 2012-10-06 at the Wayback Machine (ingiliscə). Antiwar.com (20 Oktyabr, 2004).
- ↑ 1 2 3 Bağdad metrosu sünni və şiələri birləşdirəcək Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (rusca). Ruskiy Dom (8 iyun, 2009).
- ↑ Pavel Davıdov. Bağdadda metro tikəcəklər Arxivləşdirilib 2023-07-02 at the Wayback Machine (rusca). RİA Novosti (27 yanvar, 2003).
- ↑ "Bağdadda metro tikəcəklər (rusca)". 2016-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.
- ↑ Bağdadda metro tikilə bilər. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Növbəti il Bağdadda metro tikməyə başlayacaqlar (rusca). Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- ↑ Bağdad beynəlxalq tikinti sərgisi Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (rusca.). expoclub.