Bagirli Kelbecer - Wikipedia
Bağırlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd.[1]
Bağırlı | |
---|---|
40°12′23″ şm. e. 46°17′06″ ş. u.HGYO | |
Ölkə | |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycana qaytarılıb.
Tarixi
redaktəKəlbəcər rayonunun Ağdaban inzibati ərazi vahidində kənd. Toponim XIX əsrdə Şamaxı qəzasında yaşamış 47 ailədən ibarət bağırlı maldar elatının adı ilə bağlıdır. Ernotoponimdir. Krım vilayətində Baqerovo adlı Şəhər tipli qəsəbə., 1933 ildə Sabirabad rayonunun Haşımxanlı inzibati ərazi vahidində Bağırtuğay kəndi qeydə alınmışdır. AŞqabad vilayətində Baqır adlı dağ vardır. Türk dillərində bağır/baqır sözü "dağ yamacı", "dağ döŞü", "obyektin qabaq hissəsi" mənalarında da işlənir[2].
Yaylaqlar
redaktəBəbirxan yurdu, Məmmədölən yurd, Qaraxır yurdu.
Bulaqlar
redaktəSarı bulaq, Göy bulaq, Novlu bulaq, Qiblə bulağı, Daş bulaq, Hümmət bulağı, Bəzirgan bulağı.
Məşhur yerlər
redaktəBəzirgan, Atqoruğu, Qanlıvurulan, Həsənölənin şişi, Yellicə (Bağırlı) dağı (dağ), Qılışlar, Novun qılışı, Qəbirstanlıq qılışı, Aralıq qılışı, Təkdamın qılışı, Təkdam, Bayraməli tapı, Duzdax boyun, Sarıuçurumun başı, Usub talası, Ocaqverdi talası, Daşlıtap, Böyükdüz, Gölünqırağı, Ələmağacı, Böyükgərdən, Balagərdən, Binnətalı, Sarıqaya, Qızılqaya, Çolpan, Bozlu, Yəhər, Qaragüney, Çirişli, Əvəlikli, Qanlıgöl, Buzluq dağı, Kərəmli dağı, Qaçaqlar qırılan, Əlvənd gölü, Cavadbiçən, Ağçay, Bulanıq çayı, Balıqlı su, Yellicə çayı, Böyük Qanlıgöl, Kiçik Qanlıgöl.[3]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007.
- ↑ Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.