Backa - Wikipedia
Baçka (serb. Бачка, mac. Bácska, sloven. Báčka, xorv. Bačka, alm. Batschka) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon.
Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir.
Tarix
redaktəBaçka bölgəsi son 4000 il ərzində insanlar tərəfindən məskunlaşmışdır. Onun ilk sakinlərini illirialılar təşkil edirdi. VI-VII əsrlərdə bölgədə artıq slavyanlar çoxluq təşkil edirdi. IX əsrdə Baçka Birinci Bulqar dövləti, X əsrdə Macar krallığının, XVI əsrdə isə Osmanlı İmperiyasının tərkibinə qatılır.
1910-cu ilin siyahıyaalma göstəricilərinə görə Baçka bölgəsinin əhalisini 43% macarlar, 28% çox cənubi slavyanlar, 22,5% isə almanlar təşkil edirdi.
1918-ci ildə Banat, Baçka və Baranya əyalərləri Serbiyanın tərkibinə daxil olmuş, 1920-ci il Trianon sülh sazişinin tələbinə görə bölgə Macarıstan və Yuqoslaviya arasında bölünmüşdür. 1941-ci ildə Baçka bölgəsinin çox hissəsi Macarıstanın tərkibinə daxil edilmişdir. Burada macarlar slavyanlara qarşı repressiyalar aparırdılar, bu da yerli əhalinin cavab reaksiyasına səbəb olmuşdur.