Beybala Ebil - Wikipedia
Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Bəybala Əbil | |
---|---|
1 avqust 2015 – 27 mart 2022 | |
Sonrakı | Gülağa Adıgözəlli |
10 avqust 1992 – 12 iyul 1993 | |
Əvvəlki | Aleksandr Qolubev |
Sonrakı | Elxan İsgəndərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 noyabr 1952 (72 yaş) |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəBəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur.[1]
Siyasi fəaliyyəti
redaktəBəybala Əbil 10 avqust 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[2] O, 12 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[3]
Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş,[4] 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır.
Seçkilərdə
redaktəBəybala Əbil 1995-ci il, 2005-ci il və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur.[5] O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53%) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir.[6]
Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş,[7] Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur.[8] 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.[9]
İstinadlar
redaktə- ↑ "11 SAYLI QARADAĞ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
- ↑ "B.Ə.Əbilovun Bakı şəhəri Qaradağ rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və A. M. Qolubevin həmin vəzifədən azad edilməsi haqqında". 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
- ↑ "B. Ə. Əbilovun Bakı şəhəri Qaradağ rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında". 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
- ↑ "Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayı". 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
- ↑ "BƏYBALA ƏBİL İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ". 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
- ↑ "11 SAYLI QARADAĞ SEÇKİ DAİRƏSİ". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
- ↑ "Azərbaycanda siyasi partiyaların birləşdiyi Milli Şura yaradılıb". 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
- ↑ "2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslərin namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənlinin vəkil edilmiş şəxsləri kimi qeydə alınması haqqında". 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
- ↑ "KXCP Milli Şuradan getdi". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.