Bextiyar Vahabzadenin Ev Muzeyi - Wikipedia
Bəxtiyar Vahabzadənin ev-muzeyi — Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadəyə həsr olunmuş xatirə muzeyi. Muzeyin binası Şəkidə, Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı, sonradan uşaq bağçası kimi fəaliyyət göstərən evdə yerləşir.[2] Muzey Azərbaycan şairi Bəxtiyar Vahabzadə irsinin dərindən öyrənilməsini həyata keçirən, aidiyyatı materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
Bəxtiyar Vahabzadənin ev-muzeyi | |
---|---|
Əsası qoyulub | 27 oktyabr 2015 |
Açılış tarixi | 31 avqust 2018 |
Mövzu | Ədəbiyyat |
Ölkə | |
Yerləşir | Şəki, Azərbaycan |
Ünvan | Ə.Haqverdiyev küçəsi, 73 |
Kolleksiyası | 735 |
Direktor | Elşən Zəkəriyyəbəyli[1] |
Tarixi
redaktəMuzeyin əsası şairin doğumunun 100 illiyi ilə münasibətilə, Azərbaycan Prezidentinin 27 oktyabr 2015-ci il tarixli sərəncamı ilə qoyulmuşdur. 2017–2018-ci illərdə aparılan bərpa, yenidənqurma və bədii tərtibat işlərindən sonra muzeyin rəsmi açılış mərasimi 31 avqust 2018-ci ildə olmuşdur.[3]
Ekspozisiya
redaktəEv muzeyinin ekspozisiyası 70m2 təşkil edir və 3 otaqdan ibarətdir. Burada həmçinin inzibati və fond otaqları da vardır. Muzeyin ekspozisiyasının əsasını şairin ailəsi tərəfindən təqdim edilmiş sənəd, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar təşkil edir. Burada ümumilikdə 735 ədəd eksponat ziyarətçilərə nümayiş olunur.[2]
İstinadlar
redaktə- ↑ ARB Şəki. "Bəxtiyar Vahabzadənin Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli "Bizim Xəbər"də" (az.). Youtube.com. 13.02.2019. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-13.
- ↑ 1 2 "Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı keçirildi" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2018-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2018.
- ↑ "Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyi açılıb" (az.). AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2018.