Behreyn Qran Prisi - Wikipedia
Bəhreyn Qran-prisi (ərəb. جائزة البحرين الكبرى) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri.
Ümumi məlumat
redaktəBəhreyn qran-prisinin keçriləcəyi Sahir avtodromu 2002-ci ildə tikilməyə başlamışdır.
İlk yarış isə ilk dəfə 2004-cü ildə baş tutdu. Bu yarış F-1 tarixində Yaxın Şərqdə keçirilən ilk qran-pri idi.
Sahir trasının uzunluğu 5412 metrdir. 2010-cu il mövsümündən əvvəl bu göstərici artırılaraq 6299 metrə qaldırıldı və 2 yeni döngə əlavə edildi.
2011-ci ildə qran-prinin keçirilməsi ilə bağlı problemlər yaranır. Bunun səbəbi fevral ayında būtün ölkəni bürüyən mitinqlər, mürəkkəb siyasi vəziyyət idi. Mətbuatda yarışın keçirilməyəcəyi ilə bağlı xəbərlər yayılsa da FİA bu məlumatları təkzib edərək yalnız vaxtın dəyişdiriləcəyini və oktyabrda keçiriləcəyini bildirdilər.
Qaliblər
redaktəPilotlar
redaktəQələbə sayı | Pilot | İl |
---|---|---|
4 | Sebastyan Fettel | 2012, 2013, 2017, 2018 |
3 | Fernando Alonso | 2005, 2006, 2010 |
Lyuis Hemilton | 2014, 2015, 2019 | |
2 | Felipe Massa | 2007, 2008 |
Maks Ferstappen | 2023, 2024 | |
1 | Mihael Şumaxer | 2004 |
Censon Batton | 2009 | |
Niko Rosberq | 2016 |
Komandalar
redaktəQələbə | Pilit | İl |
---|---|---|
7 | Ferrari | 2004, 2007, 2008, 2010,2017, 2018, 2022 |
6 | Mercedes | 2014, 2015, 2016, 2019, 2020, 2021 |
4 | Red Bull | 2012, 2013, 2023, 2024 |
2 | Renault | 2005, 2006 |
1 | Brawn-Mercedes | 2009 |