Behmeni Sultanligi - Wikipedia
Bəhməni_Sultanlığı - Haqqında Məlumat
Bəhməni sultanlığı — 1347–1527-ci illərdə cənubi Hindistanın Dekan bölgəsində mövcud olmuş müsəlman dövləti.
Tarixi dövlət | |
Bəhməni sultanlığı | |
---|---|
|
|
Paytaxt | Əhsənabad(Gülbarga), Məhəmmədabad(Bidar) |
Dilləri | fars dili, Urdu dili, Teluqu dili, Marathi dili, Kannada dili |
Rəsmi dilləri | |
Dövlət dini | İslam (şiə) |
İdarəetmə forması | Mütləq monarxiya |
Sultanlar | |
• 1347–1358 | Əlaəddini Həsən Bəhmən Şah |
Vikianbarda əlaqəli mediafayllar |
Bəhməni sultanlığının yaranması
redaktəƏslən Orta Asiyadan olan Əlaəddin Həsən Bəhmən Şah Dehli sultanlığına qarşı üsyan qaldıraraq Dekan bölgəsində müstəqil dövlət yaratdı. Dövlətin paytaxtı əvvəlcə Əhsənabad (Gülbarga), sonralar isə Məhəmmədabad (Bidar) şəhəri idi.
Xarici dövlətlərlə münasibət
redaktəBəhməni sultanlığı əsasən cənubdakı hindularla mübarizə aparırdı. Bununla yanaşı Misir Məmlük sultanlığı və Osmanlı imperiyası ilə dost münasibətlər qurulmuşdu.
Dövlətin süqutu
redaktə1527-ci ildə Qasım bəy Bəridül-Məmalik adlı türk bəyi hakimiyyəti ələ keçirərək Bəhməni sülaləsinin hakimiyyətinə son qoydu və Bəridşahlar dövlətinin əsasını qoydu.
Sultanlar
redaktə- Əlaəddin Həsən Bəhmən Şah 1347–1358
- I Məhəmməd Şah 1358–1375
- Əlaəddən Mücahid Şah 1375–1378
- Davud Şah 1378
- II Məhəmməd Şah 1378–1397
- Qiyasəddin Şah 1397
- Şəmsəddin Şah 1397
- Tacəddin Firuz Şah 1397–1422
- Əhməd Vəli Şah 1422–1436
- Əlaəddin Əhməd Şah 1436–1458
- Əlaədin Humayun Zalım Şah 1458–1461
- Nizam Şah 1461–1463
- Məhəmməd Ləşkəri Şah 1463–1482
- Mahmud Vira Şah 1482–1518
- Əhməd Vira Şah 1518–1521
- Əlaəddin Şah 1521–1522
- Vəliallah Şah 1522–1525
- Kalimallah Şah 1525–1527