Beden Kutlesinin Indeksi - Wikipedia
Bədən Kütləsinin göstərici (BKİ) - insan bədəninin çəkisini qiymətləndirmək üçün ölçü ədədidir. O belçikalı alim Adolf Ketle tərəfindən yaradılmışdır. Köklük bütün dünyada bir problem olduğu zamanda, bu ölçü ədədində hər şeydən oncə insanları onları gözləyən təhlükədən xəbərdar etmək və qorumaq üçün istifadə edilir.
BKI bu düsturla tapılır:
,
burada:
- m — bədənin kütləsi, kq,
- h — insanın boyu, m,
ölçü vahidi kimi kq/m2 alınır.
Normal çəkiyə malik adamlar üçün Ümumdünya Səhiyyə Təşkilatı işlədiyi qaydaya əsasən 18,50 kq/m² və 24,99 kq/m² arasında yerləşən BKİ qiyməti normal, 30 kq/m²-dan artıq qiymətə malik şəxslərin isə müalicəyə ehtiyacı olması göstərilri.
Çəki sinifləşdirilməsi aşağıdakı cədvəldə verilmişdir:
Kateqoriya | BÇİ (kq/m²) | |
---|---|---|
Həddən artıq arıq | < 16,00 | < 18,50 Həddən artıq arıq |
Orta səviyyəli arıq | 16,00 – 16,99 | |
Yüngül səviyyədə arıq | 17,00 – 18,49 | |
Normal çəki | 18,50 – 24,99 | |
Aşağı səviyyəli köklük | 25,00 – 29,99 | ≥ 25 Kök |
I dərəcəli köklük | 30,00 – 34,99 | ≥ 30 Köklük |
II dərəcəli köklük | 35,00 – 39,99 | |
III dərəcəli köklük | ≥ 40,00 |
BÇİ-nin cədvəldə verilən qiymətlərini interpretasiya edən zaman şəxsin yaşı da nəzərə alınmalıdır.
Yaşdan asılı olan normal çəki:
Yaş (İllər) |
BÇİ-normal qiymət (kq/m²) |
---|---|
19 – 24 | 19 – 24 |
25 – 34 | 20 – 25 |
35 – 44 | 21 – 26 |
45 – 54 | 22 – 27 |
55 – 64 | 23 – 28 |
> 64 | 24 – 29 |