Boyuk Bey Mahmudbeyov - Wikipedia
Böyük bəy Mahmud bəy oğlu Mahmudbəyov (27 sentyabr 1902, Şamaxı – 1988, Bakı) — cərrah, tibb elmləri doktoru, professor.[1][2]
Böyük bəy Mahmudbəyov | |
---|---|
Böyük bəy Mahmud bəy oğlu Mahmudbəyov | |
Doğum tarixi | 27 sentyabr 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 1988 |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Atası | Mahmud bəy Mahmudbəyov |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Tibb Universiteti |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu |
Elmi rəhbəri | akademik Mir Əsədulla Mirqasımov |
Mükafatları | Əməkdar elm xadimi |
Həyatı
redaktəBöyük bəy Mahmud bəy oğlu Mahmudbəyov 27 sentyabr 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, II Dünya Müharibəsi iştirakçısı, tibb xidməti polkovnikidir.
Böyük bəy Mahmudbəyov Azərbaycan Dövlət Tibb İnstitutunun (Azərbaycan Tibb Universiteti) Tibb cərrahlıq kafedrasında işləmiş, 1947-1958-ci illərdə professor, 1958-1977-ci illərdə kafedra müdiri vəzifələrində çalışmışdır. 1977-ci ildən həyatının sonuna kimi həmin kafedranın məsləhətçisi idi.
Böyük bəy Mahmudbəyov 1957-ci ildə Azərbaycanın əməkdar elm xadimi adını almışdır.
Elmi fəaliyyəti
redaktəBöyük bəy Mahmudbəyov 1936-cı ildə namizədlik, 1939-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, namizədlik dissertasiyasını akademik Mir Əsədulla Mirqasımovun rəhbərliyi altında müdafiə etmişdir.
Böyük bəy Mahmudbəyovun elmi fəaliyyəti əsasən irinli cərrahi xəstəliklərə, hərbi səhra cərrahlığına, qaraciyər və öd yolları patologiyasına aiddir.
O, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən Müharibəsi ordeni və medallarla təltif edilmişdir.
Əsas elmi əsərləri
redaktə- Опыт консервативного лечения острых гнойных гонитов. Баку. Азернешр. 1938.
- Амебиаз печени. Баку. Азернешр. 1955.
- Düz bağırsağın cərrahi xəstəlikləri. (İ.M.Məmmədov, H.A.Sultanovla birgə). Bakı, 1979
Mənbə
redaktə- http://www.amu.edu.az/az/cafedra/2600 Arxivləşdirilib 2015-05-13 at the Wayback Machine
- Azərbaycan Sovet Ensiklopediyası. VI cild, Bakı, 1982.
- Akademik Böyükkişi Ağayev. Azərbaycanda cərrahiyyənin inkişaf tarixi. "Azərbaycan" qəzeti, 20 avqust, 2010-cu il.
- ↑ Маһмудбәјов Бөјүкбәј Маһмудбәј оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 396.
- ↑ "MAHMUDBƏYOV Böyükbəy Mahmudbəy oğlu". Şamaxı Ensiklopediyası. 2024-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.