Boyuk Qaladeresi - Wikipedia
Böyük Qaladərəsi (əvvəlki adı: Metsqaladərəsi) — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şuşa rayonunun Metsqaladərəsi kəndi Böyük Qaladərəsi kəndi adlandırılmışdır.[1] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Böyük Qaladərəsi kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir.[2] 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Böyük Qaladərəsi | |
---|---|
39°39′34″ şm. e. 46°35′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.500 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Toponomikası
redaktəKeçmiş adı Köhnəkənd, Sovet hakimiyyəti illərində Kirov, Metsqaladərəsi olmuşdur. 1992-ci ildən bu adla rəsmiləşdirilmişdir. Oykonim "Qala (Şuşa nəzərdə tutulur) dərəsindəki böyük kənd" deməkdir.[3]
Orta əsrlərdə Şuşa qalasının ətəyində dərənin adı. Ərəbcə mənbədə. Kala-i-Dara formasındadır. 1828-ci ildə İrandan köçürülmüş ermənilər orada məskunlaşdıqdan sonra iki Qaladərəsi kəndi yaranmışdır: Metz (böyük) Qaladərsi və Pokr (kiçik) Qaladərəsi. Qala sözü şumer dilində eqan "bərkidilmiş" və ya "hasarlanmış yer" sözündəndir. Şumer dilindən bu söz Suriya dilində akil, akkad dilində ekallu, erməni dilində anqel, ərəb dilində qələ və fars dilində qala kimi əksini tapmışdır.[4]
Coğrafiyası və iqlimi
redaktəKənd Qarabağ silsiləsinin ətəyində, rayon mərkəzindən 39 km cənub-qərbdə yerləşir.
Əhalisi
redaktəƏhalisi 161 nəfərdir (2008).
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olub.
Mədəniyyəti
redaktəKənddə mədəniyyət evi var idi.
Təhsil
redaktəKənddə orta məktəbi və musiqi məktəbi fəaliyyət göstərib.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ Busaat.az. "Sülhməramlılar yeni yolu "Laçın dəhlizi" kimi RƏSMİLƏŞDİRDİ – ŞOK MƏQSƏDİN DETALLARI" (az.). Busaat.az. 10.09.2022. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2023.
- ↑ Böyük Qaladərəsi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri
Həmçinin bax
redaktə Şuşa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |