Boyuk Sistepe - Wikipedia
Böyük_Şiştəpə - Haqqında Məlumat
Böyük Şiştəpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd.[2]
Kənd | |
Böyük Şiştəpə | |
---|---|
41°02′57″ şm. e. 43°49′24″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Ağbaba mahalı |
Rayon | Qızıl Qoç rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1823 |
Mərkəzin hündürlüyü | 1.990 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftərin»də[3] qeyd edilmişdir.
Toponim Azərbaycan dilində «dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi» mənasında işlənən şiş sözü ilə[4] «kiçik dağ» mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlmişdir.
«Böyük» sözü fərqləndirici əlamət bildirir. Relyeflə bağlı yaranan orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS.RH-nin 12.XI.1946-cı il fərmanı ilə dəyişdirilib Medz Sepasar (Böyük Şiştəpə) qoyulmuşdur.
Əhalisi
redaktəİstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.135
- ↑ Məmmədov N. Azərbaycanın yer adları (oronimiya), Bakı, «Azərnəşr», 1993. s.42