Azad Abbaszade - Wikipedia
Azad Abbaszadə (tam adı: Azad Abbasqulu oğlu Abbaszadə; d 3 fevral 1939, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1995), professor (1999).
Azad Abbaszadə | |
---|---|
Azad Abbasqulu oğlu Abaszadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | Fizika-riyaziyyat |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmlər doktoru |
Elmi adı | professor |
Həyatı
redaktəAzad Abbaszadə 1939-cu ilin fevral ayının 3-də Bakı şəhərində anadan olmuşdur. Professor Abbasqulu Abbaszadənin oğludur. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirmişdir.[1]
Fəaliyyəti
redaktəA.Abbaszadə 1976–2007-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində müxtəlif vəzifələrdə çalışmışdır. 2007 ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının kompüter mərkəzinin müdiridir.[1]
Tədqiqatları
redaktəTədqiqatları maye kristalların fiziki xassələrinin öyrənilməsinə həsr olunmuşdur. Neft və qaz yataqlarının proqnozlaşdırılmasında kosmik informasiyalardan istifadə üçün fraktal həndəsə əsasında yeni üsullar təklif etmişdir. 140-dan artıq elmi əsərin müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti olmuşdur.[1]
Həmçinin bax
redaktəMənbə
redaktə- ↑ 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 22. ISBN 978-9952-441-02-4.