Azerxalca - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
"Azərxalça" — Səhmləri Azərbaycan dövlətinə məxsus olan Açıq Səhmdar Cəmiyyət.[1] İdarə Heyətinin sədri Emin Səlhab oğlu Məmmədov (18 mart 2021-ci ildən).[2]
Tarixi
redaktə"Azərxalça"nın tarixi XX əsrin birinci yarısından başlayır.
Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamına əsasən "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilmiş, əvəzində "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.[1]
Fəaliyyəti
redaktəCəmiyyət Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.[1]
Rəhbərlik
redaktəCəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli, 2032 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ V. A. Muradovun "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli, 2105 nömrəli Sərəncamı. e-qanun.az (az.)