Azerisiq - Wikipedia
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. 2006–2015-ci illərdə quruma Balababa Rzayev rəhbərlik edib. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2018-ci il tarixli sərəncamı ilə Balababa Rzayev Azərenerji ASC-nin prezidenti təyin edilib.
Azərişıq ASC | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 10 fevral 2015 |
Əvvəlki qurum | Bakıelektrikşəbəkə ASC |
Tabelik | Azərbaycan Respublikası Energetika Nazirliyi |
Baş qərargah | Bakı |
Rəhbərlik | |
Sədr | Vüqar Əhmədov |
|
|
Rəsmi saytı | azerishiq.az |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktə"Azərişıq" ASC-nin tarixi eyni zamanda Bakıda elektrikin tarixi ilə birgə formalaşıb. Əldə olan sənədlərə əsasən Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şossesi üzərindəki "Bakinski dok"da quraşdırılıb. Azərbaycan Respublikasının Dövlət Tarixi Arxivinin sənədlərinə görə cərəyan alman istehsalı olan "Algemayne" sisteminin dinamo-maşınından verilirdi. 1903-cü ildə elektrik stansiyalarının sayı artıq 70-ə çatdı.
Hələ 1880-ci ildə Volqa çayında və Xəzər Dənizində gəmiçiliklə məşğul olan gəmiçilik şirkəti — "Qafqaz və Merkuri", Bakıda sərnişin limanında yeni elektrik fənərləri quraşdırdı, Bu fənərlər axşamdan sübhə qədər düzgün, tutqun rəngli işıqla yanırdılar. Bu da şəhər əhalisində və bura gələn qonaqlarda xüsusi bir heyranlıq hissi doğururdu. "Qafqaz və Merkuri" şirkətinin reyslərinin sərnişin sayı çoxalıb, liman isə şəhər sakinlərinin ən sevimli gəzinti yeri oldu.
Bu zaman Bakı neft sənayesinin məşhur və böyük iş adamlarından biri olan Şəmsi Əsədullayev də limanın elektrikləşdirilməsinə biganə qalmadı. O, şəxsi elektrik stansiyasına sahib oldu və ona xidmət üçün xaricdən mütəxəssislər dəvət etdi. Elektrik stansiyası sahibkarın Bakının mərkəzində yerləşən çox-mərtəbəli evinin işıqlandırılması üçün də xidmət göstərirdi.
Onun ardından mexaniki emalatxanalar sahibi, Almaniya vətəndaşı Zorge (5 oktyabr 1895-ci il tarixində Bakıda anadan olmuş əfsanəvi sovet kəşfiyyatçısı Rixard Zorgenin atası) Balaxanıdakı neft mədənlərindəki istehsal sahələrini işıqlandırmaq üçün kiçik elektrik stansiyası aldı.
21 yanvar 1899-cu ildə şəhərdə "Elektriçeskaya sila" adlı Berlin Səhmdar Cəmiyyətinin Bakı şöbəsi yarandı ki, bu cəmiyyət, öz növbəsində, "Siemens Qalske" firmasının "1886-cı ilin Elektrik İşıqlandırması Cəmiyyəti"nin filialı idi. Bu firma maliyyələşdirmə, layihə-tədqiqat işləri, inşaat, avadanlıq və materialların alınması ilə məşğul idi.
"Elektriçeskaya sila"nın Bakı şöbəsinin İdarə Heyəti üzvlərindən biri messenat, milyonçu Hacı Zeynalabdin Tağıyev idi. Cəmiyyətin təsisçiləri rəsmi olaraq titullu şəxslər idi — baron Vrangel, qraf İ. Qolenişev-Kutuzov-Tolstoy, həqiqi mülki müşavir V. Qolubev onlar firmanın əhəmiyyətini və etibarlığını təmsil edirdi. Cəmiyyətin nizamnaməsi Bakı səhmdarlarının iclasında dərhal təsdiq edildi, əsas sərmayə 4 milyon qızıl rubl təşkil edirdi.
"Elektriçeskaya sila" səhmdar cəmiyyəti tikintiyə başlamazdan əvvəl ərazinin kirayə götürülməsi, müxtəlif təşkilatlarla, neft mədən sahibləri ilə, iş adamlarıyla, şəhər rəhbərliyi ilə yazışmalar aparıb muzdlu işçi qüvvəsinin tutulması və mütəxəssislərin dəvət olunması kimi işlərlə bağlı hazırlıq apardı. 1900-cü ilin əvvəlinə Bakı şöbəsinin rəhbərliyi tərəfindən rəqəmlər və hesablamalarla tərtib olunan ixtisaslı hesabat hazırlandı. Bundan dərhal sonra "Siemens və Qalske" firması Bibiheybətdə, Bayıl burnunda və Belıy Qorodda ikinci elektrik stansiyasının qurulmasına başladı. İşlərə Robert Eduardoviç Klasson rəhbərlik edirdi..
1901-ci ilin iyul ayının əvvəlində Bibiheybət elektrik stansiyası sınaqdan keçirildi, bir həftə sonra isə stansiya daimi istifadəyə verildi. Bir ildən sonra Sabunçudakı neft mədənlərinə və Çornıy Qoroddakı neft emal edən zavodlara enerji verən Beliy Qorod elektrik stansiyası işə salındı. Bu stansiyalarda dünya təcrübəsində ilk dəfə olaraq şor suyu təmizləmə sistemi tətbiq edildi ki, təmizləyici aparatlar vasitəsilə maşın zalının turbinləri üçün dəniz suyundan buxar alınırdı.
Elektrik, neft mədənlərində dartma, qazma, mexaniki təmirxanalarda və zavodlarda, su və neft nasoslarında, burğuların təmiri işlərində və təbii ki, işıqlanma sahəsində özünə istehlakçı tapırdı. Elektrik enerjisinin əsas istehlakçıları isə aparıcı neft sənayesi və neft emal edən şirkətlər idi. Elektrik enerjisinin 50%-dən çoxunu "Nobel Qardaşları Birliyi" və baron Rotşildin "Xəzər-Qara Dəniz neft sənayesi və əmtəə cəmiyyəti" istifadə edirdi. 1906-cı ilin mart ayında Rusiyada ilk dəfə olaraq Belıy Qoroddakı elektrik stansiyasından Balaxanı neft sahəsinə 8,1 km. uzunluğunda 20 kV gərginlikli iki elektrik hava xətti çəkildi.
1916-cı ildə Abşeronda fəaliyyətdə olan 3750 buruq mədənlərindən 1638-i elektrikləşdirildi, bu da təxminən 50% təşkil edirdi. ABŞ-də isə bütün neft yataqları üzrə bu rəqəm 18–20%-dən çox deyildi.
Ağ neft ilə olan fənərlər bütün gecə yanır. Ağ neft ilə olan fənərlərin neçə saat boyunca yanması işıqlandırma təqvimi ilə (1885-ci il) müəyyən edilir. Bu təqvim şəhər rəhbərliyi tərəfindən tərtib olunur və üzərində hər sutka üçün fənərlərin dəqiq yanma saatları göstərilir. Aylı gecələrdə ağ neft ilə olan fənərlər yanmır. Əgər hava buludlu, dumanlı, yağışlı və qarlı olursa ağ neft fənərləri aylı gecələrdə də yanır"… "Siemens"in firmaları, "Elektrikçeskaya sila" cəmiyyəti kimi qurumlar Azərbaycan XI Qızıl ordu tərəfindən işğal edildikdən sonra Azərbaycan İnqilab Komitəsinin 12 iyun 1920-ci il tarixli dekreti ilə ləğv edilərək milliləşdirildi.
"Siemens" firmasının tikdikləri iki böyük elektrik stansiyalarının hesabına (Bibi-Heybət — QRES im. Krasina, Belıy Qorod — Krasnaya zvezda) Bakı vətəndaş və II Dünya müharibələrinin dağıdıcı dövrlərində belə elektrik enerjisi çatışmazlığından əziyyət çəkmədi. Sonralar həmin stansiyaları "Siemens" firmasının əsasını qoyduğu — Leninqraddakı "Elektrosila" zavodu yenidən qurdu və modernləşdirdi".
Bakı elektrik şəbəkəsi 1920-ci ildən etibarən aşağıdakı qurumların tərkibində fəaliyyət göstərib:
1929-cu ilə qədər Azneftin "Elektrotok" idarəsinin tərkibində olub
1929-cu ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Qərarı ilə BaŞEŞ Bakı şəhər sovetinin tərkibinə verilib.
Azərbaycan Respublikası Nazirlər Sovetinin Qərarı ilə 1963-cü ildə "Azərenerji" Nazirliyinin tərkibinə verilib.
1969-cu ildən 2000-ci ilə qədər Bakı şəhər İcraiyyə Komitəsinin Bakı şəhər İcra hakimiyyətinin tərkibində olub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 14.06.2000-ci ildən 02.01.2002-ci ilə qədər "Bakıelektrikşəbəkə" ASC kimi İqtisadi İnkişaf Nazirliyinin tərkibinə verilib.
02.01.2002-ci ildən 03.07.2006-cı ilə qədər Türkiyənin "Barmek Holdinq A. Ş." şirkəti tərəfindən idarə edilib.
Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2006-cı il tarixli Sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti bərpa edilib.
Azərbaycan prezidenti Heydər Əliyevin 20 oktyabr 2000-ci ildə 1 nömrəli Bakı İstilik Mərkəzinin birinci növbəsini açdığı gün, Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev 13 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə "Energetiklər günü" peşə bayramı kimi təsis edildi.
"Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti 2006-cı ildə bərpa edildikdən sonra bu sahədə inkişaf və investisiya işlərinin müasir standartlara uyğun aparılması məqsədi ilə Prezidentin ehtiyat fondundan maliyyə vəsaiti ayrılması haqda müvafiq sərəncam verildi.
Nazirlər Kabinetinin 2007-ci ilin, birinci yarısında Sosial İqtisadi İnkişafın yekunlarına həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev "Bakıelektrikşəbəkə" ASC-də aparılan yenidənqurma, tikinti işlərini belə qiymətləndirdi.