Azerbaycanlilarin Tarixi Meskunlasma Erazileri - Wikipedia
Azərbaycanlıların tarixi məskunlaşma əraziləri — azərbaycanlıların Qafqazda və Orta Şərqdə tarixən yaşadığı ərazilər. Hal-hazırda azərbaycanlılar əsas olaraq Azərbaycan Respublikasında, İranda (Cənubi Azərbaycan), Qafqazda (Borçalı və Dağıstan) və Türkiyədə (İğdır və Qars illəri) yaşayırlar. Azərbaycan geomədəni regionunda Azərbaycan mədəniyyəti (Memarlıq, təsviri sənət, kino, mətbəx, milli rəqslər, milli geyimlər, ədəbiyyat, musiqi, mifologiya və teatr sənəti) və dili (Əlifba, orfoqrafiya və dialektlər) inkişaf etmişdir.
Tarixi yurdlar
redaktəAzərbaycan Respublikası
redaktəAzərbaycanlılar Azərbaycan əhalisinin əksəriyyətini təşkil edir. The World Factbook təşkilatının verdiyi məlumata görə 1999-cu ildə Azərbaycan əhalisinin 90,6%-i azərbaycanlılardan ibarət idi. 2009-cu ildə keçirilən Azərbaycan əhalisinin siyahıyaalınmasına əsasən Azərbaycan Respublikasında 8,172,809 azərbaycanlı (ölkə əhalisinin 91,6%-i) yaşayırdı.
İran
redaktəİran azərbaycanlıları və ya cənubi azərbaycanlılar İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılardır. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 15–35 milyon arasındadır, bu isə İran əhalisinin 18%–50%-ni təşkil edir.[1][2][3][4] 1957-ci ildə Moskvada nəşr edilmiş "Ön Asiya xalqları" kitabında 1956-cı il üçün verilən ehtimala əsasən "bütün İranda təxminən 4,000,000 nəfərədək etnik azərbaycanlı yaşayırdı."[5] Bundan əlavə tayfa bölgüsünü saxlamış, köçəri və yarım köçəri həyat sürən və dil həmçinin mədəniyyət baxımından azərbaycanlılara yaxın olan tayfalara mənsub əhalinin sayı isə təxminən 700,000 nəfər (400,000 əfşar, 180,000 şahsevən, 75,000 qaradağlı 25,000 qacar və 20,000 qarapapaq) idi.[6]
İran azərbaycanlıları əsasən İranın şimalında, qərbində və şərqində yaşayırlar. İran azərbaycanlıları Ərdəbil, Urmiya, Təbriz, Zəncan ostanlarının əksəriyyətini təşkil edirlər.[7] Bütünlükdə isə farslardan sonra İranda yaşayan xalqlar içində sayca ən çoxdurlar.[8]
Dağıstan
redaktəDağıstan azərbaycanlıları Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan və yerli azsaylı xalq statusuna malik[9] azərbaycanlılardır. 2010-cu ildə keçirilən Ümum-Rusiya əhalinin siyahıya alınması əsasən rəsmi sayları 130,919 nəfər[10] (Dağıstan əhalisinin 4,50%-i və ən böyük 6-cı etnik qrup)[11] idi. Dağıstan azərbaycanlıları kompakt halda Dərbənd, Dağıstan İşıqları, Mahaçqala və Qızılyar şəhərlərində, Dərbənd, Tabasaran, Qızılyar, Məhərrəmkənd və Rutul rayonlarında yaşayırlar.
Borçalı
redaktəBorçalı Gürcüstanda yerləşən və əsasən azərbaycanlıların yaşadığı Aşağı Kartli (Kvemo-Kartli) diyarının tarixi adıdır. 2002-ci il Gürcüstan əhalisinin siyahıyaalınmasının yekunlarına əsasən diyarın ümumi əhalisi 497,530 nəfər olmuşdur. Onların 224,386 nəfəri (Kvemo-Kartli əhalisinin 45,1%-i) azərbaycanlı idi.
İğdır və Qars
redaktəTürkiyə azərbaycanlıları əsasən İğdır və Qars illərində yaşayan azərbaycanlılardır. 1990-cı ildə SSRİ–Türkiyə sərhədinin yaxınlığında 400,000-ə yaxın etnik azərbaycanlı yaşayırdı, ancaq başqa bir məlumatda Türkiyədə təkcə cəfəri məzhəbindən olan azərbaycanlıların sayının 1998-ci ildə təxminən 3,000,000 olduğu qeyd edilir. Britannika Ensiklopediyasının 2000-ci ildə aparılan təxmini hesablamalara görə Türkiyə əhalisinin 1%-ni etnik azərbaycanlılar təşkil edirdi. 2013-cü ildə Türkiyədə 800,000 azərbaycanlı yaşayırdı. Azərbaycanlılar hal-hazırda İğdır şəhərindəki ən böyük 1-ci, Qars ilində isə ən böyük 2-ci etnik qrupdurlar.
Ermənistan
redaktəErmənistan azərbaycanlıları, yerazlar və ya qərbi azərbaycanlılar, Qərbi Azərbaycan, yəni indiki Ermənistanda əsrlər boyu yaşamış etnik xalq sayılan azərbaycanlılardır. Vaxtilə bir neçə yüz min nəfərdən ibarət olan Ermənistanın azərbaycanlı icması 1988–1991-ci illərdən bəri mövcud deyil. Həmin illər Ermənistan azərbaycanlıları Dağlıq-Qarabağ münaqişəsinə görə təzyiqə məruz qalıb ölkəni tərk etməyə məcbur oldular. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə Ermənistanda hal-hazırda təxminən 30 nəfərdən bir neçə yüz nəfərə qədər azərbaycanlı yaşayır. Bunların çoxsu əyalətdə yaşayan ermənilərlə ailə qurmuş azərbaycanlı qadınlar və həmçinin yaşlı və xəstə olduğuna görə Ermənistanı tərk edə bilməyən insanlardır. Bəyan edilir ki, onların əksəriyyəti ayrı-seçkiliyə məruz qalmamaq üçün adlarını dəyişmiş və kimliyini gizli saxlamağa məcburdurlar. 1828-ci ildən başlayıb 1988–1989-cu illərdə başa çatan deportasiya siyasəti nəticəsində indiki Ermənistan ərazisində 605-dən çox etnik azərbaycanlı kəndinin əhalisinin tərkibi "erməniləşdirilmişdir". Bundan əlavə olaraq, 1,500,000-dan çox azərbaycanlı indiki Ermənistandan qaçmış və 500,000-dən çox mülki şəxs həlak olmuşdur. 1916-cı ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 373,582 nəfər idi. Hal-hazırda həmin ərazidə etnik azərbaycanlı qalmayıb.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2008-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ "Azərbaycan xalqı". 2012-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ "Azerbaijan in Iran". 2009-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ "Joshua Project - Great Commission Status of the Azerbaijani People Cluster". 2013-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ Академии наук СССР. Институт этнографии имени Н. Н. Миклухо-Маклая. Народы мира. Этнографические очерки. Под общей редакцией профессора и члена-корреспондента АН СССР С. П. Толстова. Издательство Академии Наук СССР. Москва. 1957. Народы Передней Азии. Под Редакцией Н. А. Кислякова, А. И. Першица. Издательство Академии Наук СССР. Москва. 1957, стр. 284
- ↑ Академии наук СССР. Институт этнографии имени Н. Н. Миклухо-Маклая. Народы мира. Этнографические очерки. Под общей редакцией профессора и члена-корреспондента АН СССР С. П. Толстова. Издательство Академии Наук СССР. Москва. 1957. Народы Передней Азии. Под Редакцией Н. А. Кислякова, А. И. Першица. Издательство Академии Наук СССР. Москва. 1957, стр. 284–286
- ↑ İranda yaşayan Azərbaycanlı ve digər Türklərin sayı [ölü keçid]
- ↑ "İranın ən böyük şəhərlərində yaşayan azərbaycanlılar". 2010-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ "О коренных малочисленных народах Республики Дагестан". 2011-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ "Всероссийская перепись населения 2010 года. Национальный состав населения по регионам России". «Федеральная служба государственной статистики». 2012-04-27 tarixində arxivləşdirilib.
- ↑ "Республика Дагестан". Газета «Коммерсантъ». 21.05.2010. 2012-04-27 tarixində arxivləşdirilib.