Azerbaycanda Orta Esrler Dovru - Wikipedia
Azərbaycanda orta əsrlər dövrü — eramızın III–XVIII əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü 3 əsas mərhələyə bölürlər:
- III–X yüzilliklər erkən orta əsrlər və ya erkən feodalizm
- XI–XV əsrlər klassik feodalizm
- XVI–XVIII əsrlər son feodalizm
Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar.
Azərbaycanın orta əsrlər tarixi 3–18 yüzillikləri əhatə edir. Bu yüzilliklər ərzində Azərbaycan xalqının dövlətçilik təcrübəsində, ictimai-iqtisadi, dini, mədəni həyatında əsaslı dəyişikliklər baş verdi. Orta əsrlər dövrünün əvvəlində Azərbaycan Sasani və Ərəb işğallarına məruz qaldı. Lakin İslam dininin qəbul olunması ilə Azərbaycan qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycan torpaqlarında Şirvanşahlar , Sacilər ,Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Səlcuqlar dövründə Qafqazda türklər əsas etnik amilə çevrildi. Sonrakı mərhələdə isə Atabəylər, Hülakülər, Baharlılar, Bayandurlular,Səfəvi dövləti xalqımızın tarixində mühüm rol oynamışdır.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- http://www.azmaison.fr/az/index_az.shtml?id=70;c=2 Arxivləşdirilib 2007-10-15 at the Wayback Machine
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |