Azerbaycanda Muqeddes Sexslerin Siyahisi - Wikipedia
Azərbaycanda_müqəddəs_şəxslərin_siyahısı - Haqqında Məlumat
Azərbaycanda müqəddəs şəxslər – Azərbaycanda yaşamış və ya burada olduğu iddia edilmiş şəxslərin siyahısı.
İbrahimi dinlər
redaktə- Nuh. Əfsanəyə görə Naxçıvan şəhəri Nuh peyğəmbər tərəfindən salınıb. Erməni və fars mənbələri şəhərin salınması ili olaraq eramızdan əvvəl 1539-u verir.[1]
- Əshabi-Kəhf. Azərbaycan əfsanəsinə görə onların Əshabi-Kəhf (mağara)da qaldığı fikirləşilir.[2]
İslami
redaktəİmam ailəsi
redaktə- Şahzadə İsmayıl. İmam Məhəmməd əl-Baqirın qız nəvəsidir, imamzadəsi Bərdədədir.
- Şahzadə İbrahim. İmam Məhəmməd əl-Baqirın oğludur, imamzadəsi Gəncədədir.
- Seyid Əqil. İmam Musa əl-Kazımın oğlunun qəbrinin Nehrəm imamzadəsində olduğu rəvayət edilir.
- Həkimə xanım. İmam Musa əl-Kazımın qızıdır, Bibiheybət məscidində dəfn edilmişdir.
- Həzrəti Xədicə. İmam Musa əl-Kazımın qızıdır, Pir Həsən türbəsi yaxınlığındakı kiçik türbədə basdırıldığı deyilir.
- İmam Rzanın oğlu. imamzadəsi Naxçıvandadır.
- İmam Rzanın 3 övladı. Yunus, Yusif, Siddiqə. İmamzadəsi Cəlilabad rayonu Dələli kəndindədir.
Digərləri
redaktə- Seyyid Xəlifə. Lənkəranda türbəsi var.
- Şeyx Pir Hüseyn Şirvani. Kəsranilər dövründə xanəgahı tikilmişdir.
- Şeyx Zahid. Lənkəranda türbəsi var.
- Hacı Tapdıq və Şeyx Yunus. Qaxda ziyarətgahları olduğu iddia edilir.
- Şeyx Babı. 1274-cü ildə türbəsi tikilmişdir.
- Baba. Sufi şeyxidir, Şirvanşah I İbrahim dövründə türbəsi tikilmişdir.
- Seyid Əbu Səid Bakuvi. İmam Museyi Kazımın Bakıya pənah gətirmiş qızı həzrət Hökumə xanım ilə eyni nəsildəndir.
- Sofi Həmid. Ərəbistandan Bakıya köçmüşdür, burada türbəsi var.
- Şeyx Dursun. 1404-cü ildə ölmüşdür, türbəsi Ağsudadır.
- Şeyx Cüneyd. Səfəvi təriqəti rəhbəti, Qusarda türbəsi var.
- Şeyx Bədrəddin. Qəbələdə türbəsi var.
- Şükrullah Xəlvəti. Türkiyə ərazisindən Bakıya köçmüş, Seyid Yəhya Bakuvinin müridi olmuşdur.
- Şeyx Heydər. Səfəvi təriqəti rəhbəti, Xızıda türbəsi var.
- Şeyx Hacı Lələ Məlik. Culfada arvadı Xond Bikə xatın tərəfindən tikilən türbə məscid var.
- Miskin Abdal. Səfəvilər dövründə sufi filosof-mistikdir.
- Şeyx Məhəmməd. Şah I Təhmasib dövründə Qəbələdə tikilmiş türbəsi var.
- Şeyx Bani. Şah I Təhmasib dövründə Qəbələdə tikilmiş türbəsi var.
- Baba Samid ibn Bektaş. Şirvan bəylərbəyisi Abdulla xan Ustaclının əmri ilə 1585-ci ildə tikilən məqbərəsində "xoşbəxtliklər mənbəyi olan seyidlərin başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur" sözləri yazılmışdır.
- Pir Həsən. Şah I Abbas dövründə türbəsi tikilmişdir.
- Şeyx İbrahim. Səfəvilər dövründə türbəsi tikilmişdir.
- İsmayıl Siracəddin Şirvani. Oğlu Şirvanzadə Mehmed Rüşdi Paşa Osmanlı dövlətinin sədrəzəmi olmuşdur.
- Mir Həmzə Nigari. nəqşibəndi şeyxidir, Türkiyə, Azərbaycan, Gürcüstan və Dağıstanda çox sayda müridi və xəlifəsi olmuşdur.
- Şeyx Mahmud əfəndi Almalı. Gəncliyində İlisu sultanı Daniyal sultanın mirzəsi olmuşdur.
- Hacı Mahmud Əfəndi. Nəqşibəndi silsiləsində, altun silsilədə 33-cü şeyxdir. Qazaxda türbəsi var.
- Pir Cəlal. Qrız kəndində türbəsi var.
- Əhmədağa baba. Piri Xaçmazda yerləşir.
- Mir Mövsüm Ağa. Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olan şəxs kimi tanınırdı.
Xristianlıqda
redaktə- Müqəddəs Yelisey. Müqəddəs Faddeyin tələbəsi olmuş, Həvari Yakov tərəfindən Alban Avtokefal Həvari Kilsəsinin rəhbərliyinə təyin edilmişdir.
- Müqəddəs Gisa. Uti vilayətində kilsə tikir və qansız qurban verir.
- Müqəddəs Vaçe. Bütpərəstlikdən imtina edib İrana qarşı döyüşmüşdür.
- İoannın atası Zaxariyya və Nikomediyada İsa naminə şəhid olan Pantaleon. Cəsədləri Tsri valisi Xoçkorik tərəfindən tapılmışdır.
- Müqəddəs Qriqoris. Mxitar Qoşun katolikoslar siyahısında adı 8-ci yerdə çəkilir, Amaras monastırında dəfn edilmişdir.
- Ripsime və Qayane. 35 rəfiqələri ilə birlikdə Çar Tridat tərəfindən öldürülmüşdülər.
- Şəhid Suxias və əsgərləri. Əfsanəyə görə paqan hökmdar Datian tərəfindən öldürülmüşdülər.
- Bakılı İohann.
İudaizmdə
redaktə- Moşe Mizrahi. Özünü Məsih elan edən Şamaxı yəhudisi. Təbriz yəhudilərinnin təqibinə görə Bakıda gizlənmişdi.