Azerbaycanda Devecilik - Wikipedia
Azərbaycanda_dəvəçilik - Haqqında Məlumat
Azərbaycanda dəvəçilik — Azərbaycan Respublikası ərazisində dəvələrin saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi.
Azərbaycanda XX əsrin əvvəllərinə qədər geniş yayılmış sahələrdən biri olmuşdur[2]. Əsasən dəmiryolu və avtomobil nəqliyyatının inkişafı ilə əlaqədar bu sahə unudulmuşdur. Azərbaycanda hazırda ətlik istiqamətdə yetişdirilir. Südünün geniş satış bazarı yoxdur.
Azərbaycanda hazırda Şabran, Salyan, Goranboy ərazilərində dəvəçilik təsərrüfatı mövcuddur. Əsasən fərdi təsərrüfatlarda saxlanılır. Gələcəkdə bu sahənin inkişafı planlaşdırılır. Ölkədə dəvələrin ümumi sayının 0.2-0.3 min baş arası olması qeyd edilir.
Sumayıtın Corat qəsəbəsində dəvə ətindən hazırlanmış Corat qutabı hazırlanır.
İstinadlar
redaktə- ↑ İçərişəhərdə, Qız qalasının yanında turistlərə üçün nəzərdə tutulmuş dəvə var Arxivləşdirilib 2018-08-03 at the Wayback Machine. (az.)
- ↑ "Azərbaycanda dəvəçilik". 2016-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-03.