Azerbaycan Ssr Emekdar Kommunal Ve Ehaliye Meiset Xidmeti Iscisi - Wikipedia
Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар коммунал вә әһалијә мәишәт хидмәти ишчиси) — Azərbaycan SSR-də kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1977–1983-cü illərdə verilən fəxri ad.
Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi | |
---|---|
Азәрбајҹан ССР әмәкдар коммунал вә әһалијә мәишәт хидмәти ишчиси | |
|
|
Ölkə | Azərbaycan SSR |
Tip | fəxri ad |
Kimə verilir | kommunal təsərrüfatı və əhaliyə məişət xidməti qabaqcıllarına |
Təltif edir | |
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 20 iyul 1977 |
Ləğv tarixi | 26 avqust 1983 |
Tarixi və əsasnaməsi
redaktə"Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1977-ci il tarixli Fərmanı ilə təsis edilmişdir.[1]
Fəxri ad Azərbaycanın kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sistemi müəssisələrinin və birliklərinin, elmi-tədqiqat və layihə-konstruktor təşkilatlarının bu sahədə azı 15 il işləmiş, istehsal tapşırıqlarının, sosialist öhdəliklərinin yerinə yetirilməsində, yeni xidmət növlərinin, əhaliyə xidmətin mütərəqqi forma və metodlarının tətbiq edilməsində xüsusilə fərqlənmiş, habelə yüksək ixtisaslı kadrlar hazırlanması işində böyük xidmətləri olan yüksək ixtisaslı işçilərə verilirdi.[1]
26 avqust 1983-cü ildə "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv edilmiş və mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı təsis edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ 1 2 «Азәрбајҹан ССР әмәкдар ҝеологу» вә «Азәрбајҹан ССР әмәкдар коммунал вә әһалијә мәишәт хидмәти ишчиси» фәхри адларынын мүәјјән едилмәси һаггында Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Коммунист. № 168 (16603). 21 ијул 1977-ҹи ил. С. 2.
- ↑ Азәрбајҹан ССР фәхри адларынын мүәјјән едилмәси вә Азәрбајҹан ССР дөвләт тәлтифләри һаггында Әсаснамәнин тәсдиг олунмасы барәсиндә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Азәрбајҹан Совет Сосиалист Республикасы Али Советинин Мә’луматы. № 16 (654). Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 31 август 1983-ҹү ил. С. 14.