Azerbaycan Respublikasi Herbi Prokurorlugunda Memorial Soyqirim Muzeyi - Wikipedia
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyi — Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunə[1].
Memorial Soyqırım Muzeyi | |
---|---|
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyi | |
Əsası qoyulub | 24 fevral 2014 |
Açılış tarixi | 2014 |
Yerləşir | Azərbaycan, Bakı |
Bilet | Pulsuzdur. |
24 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin açılışı olmuşdur[2]. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir.
Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub[1]. Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları "Memorial Soyqırımı Muzeyi"ndə saxlanılan sənədlər və istintaq materialları əsasında yeni kitablar hazırlayırlar[3].
İstinadlar
redaktə- ↑ 1 2 "Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyi açılıb". 2017-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-03.
- ↑ "Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyi açılmışdır". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-03.
- ↑ ""Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları" kitabının təqdimatı". 2016-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-03.