Azerbaycan Arasdirmalari Jurnal - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Xəzər Humanitar və Sosial Elmlər Jurnalı — Bakıda, Xəzər Universitetində nəşr edilən, Humanitar və Sosial Elmlər üzrə tədqiqatların nəticələrini özündə əks etdirən, ildə 4 dəfə dərc olunan beynəlxalq elmi jurnaldır.
- Çap versiyası: ISSN: 2223-2613
- Elektron versiya: E-ISSN: 2223-2621
Məqsəd və vəzifələri
redaktə"Xəzər Humanitar və Sosial Elmlər Jurnalı", humanitar, sosial, ictimai siyasi sahələr üzrə nəzəri və tətbiqi, ciddi elmi axtarışları, orijinallıq və aktuallığını saxlayan mövzular üzrə elmi məqalələri dərc edir. Eyni zamanda jurnal konfrans, simpozium kimi tədbirlər və kitab şərhlərinə də yer verir. Əsas məqsəd elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət qurmaqdır.
"Xəzər Humanitar və Sosial Elmlər Jurnalı" Web of Science (Thomson Reuters/Clarivate Analytics) bazası tərəfindən indeksləşdirilmişdir (bu mənada Humanitar və Spposial elmlər sahəsində Azərbaycanda tək elmi jurnaldır). Jurnal həmçinin Scirus (Elsevier), DuraSpace, DOAJ, İnfoseek, IndexCopernicus, Genamics və s. kimi çocsaylı nüfuzlu elmi bazalar tərəfindən indeksləşdirilir və beynəlxalq elmi ictimaiyyətə təqdim olunur.
Tarix və formatı
redaktə"Xəzər Humanitar və Sosial Elmlər Jurnalı 1998-ci ildən ildə 4 dəfə, "Azərbaycan Araşdırmaları Jurnalı" adı altında çap olunan jurnalın davamıdır. 2011-ci ilin birinci nömrəsindən başlayaraq,yeni ad altında çap olunan bu nəşr tarix, siyasət, beynəlxalq münasibətlər, təhsil, mədəniyyət, fəlsəfə, dil və ədəbiyyat, iqtisadiyyat və hüquq sahələrini əhatə edən elmi-tədqiqat jurnalıdır.
Təqdim olunan məqalələr ilk növbədə redaksiya heyətinin ciddi nəzarətindən keçirilir və rəyə göndərilir. Çapına icazə verilən material kağız versiyasından başqa, elektron versiyası şəklində jurnalın veb-ünvanında yerləşdirilir.
Təsis və redaksiya
redaktəTəsisçisi və baş redaktoru Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıdır. Redaksiya heyətinə görkəmli müvafiq sahələr üzrə Azərbaycan və xarici tədqiqatçılar, alimlər və elm xadimləri daxildir.
Baş redaktor: Hamlet İsaxanlı
Redaksiya heyəti
- Yavuz Akpınar (Ege University, İzmir)
- Audrey L. Altstadt (University of Massachusetts)
- Touraj Atabaki (International Institute of Social History, Amsterdam)
- Antony Black (University of Dundee)
- Han-Woo Choi (Hondong University)
- Stephen F. Dale (Ohio State University)
- Richard Foltz (Concordia University, Montreal)
- Peter B. Golden (Rutgers University)
- Cəmil Həsənli (Bakı Dövlət Universiteti & Xəzər Universiteti)
- Neyereh Tohidi (California State University, Northridge)
- Tadeusz Swietochowski (Monmouth University, New Jersey)
- Serguei G. Klyashtornyj (Rusiya Elmlər Akademiyasının Əlyazmalar İnstitutu)
- Andrey Korotayev (Rusiya Elmlər Akademiyası & Rusiya Dövlət Humanitar İnstitutu)
- Haneda Masashi (University of Tokyo)
- Michaela Cristina Mudure (Babes-Bolyai University)
- Michael A. Reynolds (Princeton University)
- Michael Rubin (American Enterprise Institute)
- Val D. Rust (University of California, Los Angeles)
Məzmun və dil
redaktə"Xəzər Humanitar və Sosial Elmlər Jurnalı " məzmununa görə elmi- tədqiqat nəşr kimi fəaliyyət göstərir. Jurnal əsasən ingilis dilində elmi məqalələr dərc edir.
Çap və yayım
redaktə""Xəzər Humanitar və Sosial Elmlər Jurnalı" Xəzər Universitəsi Nəşriyyatının məhsuludur və Xəzər Universitetinin mətbəəsində çap olunur. Jurnal abunə və pərakəndə satış vasitəsilə yayılır.