Azerbaycan Cayi - Wikipedia
Azərbaycan çayı — Azərbaycanda, əsasən də Azərbaycanın cənub rayonlarında yetişdirilən çay növü. Azərbaycanda çay əsasən Lənkəran, Astara, Masallı, Zaqatala, Qax və Balakəndə[1] yetişdirilir.
Tarixi
redaktəÇay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.[2]
Azərbaycanda 1970–1980-ci illərdə 36 min hektar sahədə çay əkilib becərilib və 34 min tondan çox çay istehsal edilib. Həmin vaxt 15 zavod tikilib istifadəyə verilib. Azərbaycanda yerli çayın istehsalı 1980-ci illərin ortalarında maksimuma çatıb. Həmin vaxt bu göstərici 8,6 min ton, çay kolluqları sahələri isə 13,4 min hektar olub. 300 milyon əhalisi olan SSRİ-nin çaya təlabatının 8–10 faizi Azərbaycan çayı hesabına ödənilib. O dövrdə Azərbaycanın cənub bölgəsində çay emalı ilə məşğul olan 10-dan çox fabrik var idi. Eyni zamanda Bakıda və Lənkəranda çayı qablaşdıran iki nəhəng fabrik fəaliyyət göstərir, bu müəssisələrdə minlərlə işçi çalışırdı.
Azərbaycan çayı bu gün
redaktəÇayçılıq Azərbaycanın kənd təsərrüfatında çəkisini itirib. Sovet dövrü ilə müqayisədə çay plantasiyaları 20 dəfəyədək azalaraq, təxminən 2000 hektara qədər aşağı düşüb. Azərbaycanda hər il 10 min tondan artıq çay içilir. Bunun cəmi 5 faizi ölkədə istehsal olunur.[3]
Ekspertlərin fikrincə 1 ha çay plantasiyasının salınması və becərilməsinə 30 min manatdan artıq vəsait lazımdır.
Qalereya
redaktə-
Novruz bayramında ənənəvi Azәrbaycan çay süfrəsi
-
Çay dəsti
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Masallı rayon icra hakimiyyəti". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
- ↑ "Çay haqqında". 2009-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-01.
- ↑ Söhbət çaydan gedirsə. [ölü keçid].