Azer Mirzeyev Sahmatci - Wikipedia
Azər Tahir oğlu Mirzəyev (20 mart 1978, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2001).
Azər Tahir oğlu Mirzəyev | |
---|---|
azərb. Azər Tahir oğlu Mirzəyev | |
Ölkə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Titulu | Qrosmeyster (2001) |
Son reytinqi | 2527 (Noyabr 2016) |
Maksimal reytinqi | 2617 (Noyabr 2009) |
FİDE nömrəsi | 13400304 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAzər Mirzəyev 1978-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri 7 yaşında Respublika Şahmat Məktəbinə gətiriblər və ilk məşqiçisi Bəhruz Qurbanov olub. İlk uğurunu 9 yaşında Bakı çempionu olanda qazanıb.
Naliyyətləri
redaktə1995 və 2000-ci illərdə Azərbaycan çempionu olub.
2006-ci ildə Elqoybarda keçirilən turnirdə birinci yer tutmuşdur.
İki dəfə (2008 və 2010) Azərbaycan yığmasının tərkibində Şahmat Olimpiadasında iştirak edib.
2009-cu ildə San Sebastianda keçirilən turnirdə birinci yer tutmuşdur.
2010-cu ildə Kalvidə keçirilən turnirdə birinci yer tutmuşdur.
2012-ci ildə Albacetedə keşirilən turnirdə birinci və ikinci yeri Omar Almeida Quintana ilə bölüşmüşdür.
Azər iki dəfə Stadium Casablanca turnirinin qalibi olub.
2012-ci ilin avqustunda Figueres turnirinin qalibi olmuşdur.
2014-cü ilin mayında Yeddinci Beyrut Beynəlxalq Open turnirində birinci yeri tutmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 FIDE Ratings and Statistics (ing.).
Xarici keçidlər
redaktə- Азербайджанский шахматист Азер Мирзоев: «Я всегда предпочитал играть за Азербайджан» (rus.)
- Azer Mirzoev. Chess-DB.com Arxivləşdirilib 2016-07-12 at the Wayback Machine (ing.)
- Azer Mirzoev. 365chess.com (ing.)
- Azer Mirzoev. fide.com (ing.)
- Azer Mirzoev. chessgames.com (ing.)
- Azer Mirzoev. olimpbase.org (ing.)