Azernyumedia - Wikipedia
AzerNyuMedia Məhdud Məsuliyyətli Cəmiyyəti və ya qısaca AzerNyuMedia — 2017-ci ildə platforma kimi təsis olunan, 2019-cu ildən rəsmi fəaliyyətə başlayan Azərbaycan şirkəti.
AzerNyuMedia | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye |
kino radio |
Təsis tarixi | 13 mart 2017 |
Baş qərargahın yeri | Bakı, Azərbaycan |
Rəhbərlik | |
Təsisçi | Kamran Qasımov |
azernewmedia.com.az |
Tarixi
redaktəAzerNyuMedia Məhdud Məsuliyyətli Cəmiyyəti 13 mart 2017-ci ildə ssenarist və rejissor Kamran Qasımov tərəfindən təsis olunub[1][2]. Şirkət yarandığı ilk vaxtlardan etibarən öz fəaliyyətini audiovizual məhsulların müxtəlif dillərə tərcüməsi və ən əsası onların SRT və InteropCinema formatında altyazılarının hazırlanması üzərində qurmağa başlamışdır[3]. Bu formatlar Azərbaycan üçün yeni idi və ölkədə yayımlanan filmlərin altyazılarının sözügedən formatda təqdim edilməsi innovativ hadisə idi. Bundan əlavə audiovizual məhsulların səsləndirilməsi və dublyajı da "AzerNyuMedia"nın əsas fəaliyyətin istiqamətinə daxildir. Kiçik sahibkarlıq subyekti olan AzerNyuMedia qısa müddətdə 500-dən artıq audiovizual məhsulun səsləndirilməsini, eləcə də eyni sayda audiovizual məhsulun (filmlər, çarxlar və s.) tərcüməsi və altyazılarının hazırlanmasını həyata keçirir.
Şirkətin əsas layihələrindən biri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan və AVTO FM-də həftənin şənbə və bazar günləri yayımlanan "Cinema Radio" kinoradio kanalıdır[1]. Layihə 2019-cu ilin iyul ayından etibarən yayımlanır[4]. Layihədə yerli və dünya audiovuizual bazarı müqayisəli şəkildə təhlil olunur, filmlərdən audiosəhnələr, audiotreylerlər təqdim olunur, kinoradio kanalına dəvət edilən qonaqlarla maraqlı müzakirələr aparılır. Kinoradio kanalının aparıcısı və redaktoru RJ Yaqut, səs supervayzeri Samir Əsədov, musiqi rəhbəri Yaşar Baxışdır[5]. “Cinema Radio” kanalı 2021-ci ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib[6]. Şirkət 2022-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, mətbəxinə, bu şəhərdə dünyaya göz açmış və onunla əbədi bağlılığı olan şəxsiyyətlərə həsr olunmuş "Danışır Şuşa" radiolayihəsinin müəllifidir.[7][8]
“AzerNyuMedia” Azərbaycan Kinematoqrafçılar İttifaqının saytında və digər sosial şəbəkə hesablarında yayımlanan və dinləyicilər tərəfindən maraqla qarşılanan podkastlar layihəsinin icraçısıdır. Bu layihə kinematoqraf haqqında peşəkar söhbətləri, diskusiyaları ilə məşhurdur[1]. Şirkət incəsənət sahəsində həyata keçirilən bir çox layihələrin rəsmi dəstəkçisidir[9] və kreativ media və PR koordinasiya işlərini həyata keçirir[10][11]. Bundan başqa "AzerNyuMedia" şirkəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İctimai Televiziya və Radio Yayımları Şirkəti və C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalı olan 5 epizoddan ibarət "Görünməyən qəhrəmanlar" sənədli filminin ingilis və rus dillərinə tərcüməsi, eləcə də altyazılarının hazırlanmasını həyata keçirib.
Şirkət 2023-cü ildə İsrail-Həmas müharibəsinin arxa cəbhəsindən bəhs edən və çəkilişləri İsrailin Qüds (Yerusəlim), Tel-Əviv və Lod şəhərlərində aparılan "Arxa cəbhə" sənədli filmini istehsal edib.[12] Filmin rejissoru Kamran Qasımovdur.[13]
Şirkətin əsas tərəfaşları sırasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Real Televiziyası, "Cinema Distribution", "Oriflame", "Markup" kimi şirkətlər var.
"Müasir Audiovizual Baxış" mükafatı
redaktə2020-ci ildə mükafat Azərbaycanın inklüziv teatrı olan ƏSA Teatrı haqqında çəkilmiş "Döngə" sənədli filminin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevaya Bakı Qısa Filmlər Festivalı çərçivəsində təqdim olunub[14]. 26 yanvar 2022-ci ildə "Cinema Radio" kino-radio kanalının III “Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi keçirilib[15]. "Azman Holdinq"in dəstəyi ilə baş tutan mərasimdə 2022-ci il üçün mükafatın sahibi elan edilib[16]. Mükafat 2021-ci ilin audiovizual yekunlarına əsasən aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim edilib[17][18][19]. 2023-cü ildə mükafat "Körpü" və "Əqrəb mövsümü" teleserialları ilə tamaşaçıların rəğbətini qazanmış rejissor Emil Quliyevə təqdim olunub[20]. 2024-cü ildə mükafat Vətən müharibəsi mövzusunda "Mən buradayam, ilahi" tammetrajlı bədii, "Hasar" qısametrajlı bədii filmlərinin quruluşçu rejissoru Qulu Əsgərova təqdim olunub.[21][22]
İstinadlar
redaktə- ↑ 1 2 3 Aqreqator.az. "Yeniliklərə imza atan "AzerNyuMedia" 4 yaşında" (az.). Aqreqator.az. 13.03.2021. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
- ↑ "В Азербайджане создан Совет кино" (rus). 4kids. 17.06.2020. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-02.
- ↑ Real TV. "Bakıda Nizami Kino Mərkəzində "Fulya" sənədli filminin təqdimat mərasimi keçirilir" (az.). Real TV. 31.10.2021. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
- ↑ AzərTAc. ""Avto FM" radiosu "Cinema Radio" layihəsinə başlayır" (az.). AzərTAc. 15.07.2019. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
- ↑ AzVision. "Vətən müharibəsinin "Cinema Radio" cəbhəsi" (az.). AzVision. 18.10.2020. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
- ↑ Operativ24.az. ""Cinema Radio" kanalı Mətbuat Şurasının üzvlüyünə qəbul edilib" (az.). Operativ24.az. 26.06.2021. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. ""Danışır Şuşa" radiolayihəsinə start veriləcək" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 07.02.2022. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ AzərTAc. ""Danışır Şuşa" radiolayihəsinə start veriləcək" (az.). AzərTAc. 08.02.2022. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- ↑ Minval. "Fiziki məhdudiyyətli insanların çıxış etdiyi teatr haqqında film çəkildi" (az.). SitatNews. 11.01.2019. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-02.
- ↑ Bakı Dövlət Universiteti. ""Son nəfəsədək" filminin nümayiş mərasimi keçirilib" (az.). Bakı Dövlət Universiteti. 09.04.2019. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-02.
- ↑ AFN. ""Son nəfəsədək" filmi Park Cinemalarda" (az.). Azerbaijan Favorite News. 17.04.2018. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-02.
- ↑ Xalq cəbhəsi. "Kamran Qasımovun sənədli filmi: "ARXA CƏBHƏ"" (az.). "Xalq cəbhəsi". 10.11.2023. 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
- ↑ Ayna.az. ""Arxa cəbhə" - Azərbaycanlı jurnalist İsrail-HƏMAS müharibəsindən film çəkdi" (az.). Ayna.az. 10.11.2023. 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
- ↑ Real TV. ""Müasir Audiovizual Baxış" Mükafatı təqdim olunacaq" (az.). Real TV. 22.01.2021. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. "III "Müasir Audiovizual Baxış" mükafatı təqdim olundu" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 27.01.2022. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.
- ↑ Azvision. ""Müasir Audiovizual Baxış" mükafatı təqdim olundu" (az.). Azvision. 26.01.2022. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.
- ↑ Real TV. ""Müasir Audiovizual Baxış" Mükafatının təqdimetmə mərasimi keçirilib" (az.). Real TV. 26.01.2022. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.
- ↑ AzərTAc. ""Müasir Audiovizual Baxış" mükafatı sahibinə təqdim edilib" (az.). AzərTAc. 27.01.2022. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.
- ↑ CinemaPlus. "В CinemaPlus состоялась церемония награждения премией "Современный аудиовизуальный взгляд"" (rus). CinemaPlus. 26.01.2022. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.
- ↑ AzərTAc. "Rejissor Emil Quliyev "IV müasir audiovizual baxış" mükafatını alıb" (az.). AzərTAc. 27.01.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-07.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. ""V Müasir Audiovizual Baxış" Mükafatının təqdimetmə mərasimi keçirilib" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 13.03.2024. 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.
- ↑ Musavat.com. ""V Müasir Audiovizual Baxış" Mükafatının təqdimetmə mərasimi keçirildi" (az.). Musavat.com. 12.03.2024. 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.