Azer Turk Bank - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234 nömrəli lisenziyası ilə 11 iyul 1995-ci ildən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş bank lisenziyası, Banka milli və xarici valyutada fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirmək hüququ verir. Bank öz hesabına və ya müştərilərin hesabına qiymətli metalların və daş-qaşların satın alınması və satılması, qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi üzrə fəaliyyət növləri istisna olmaqla, "Banklar haqqında" Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş digər fəaliyyət növlərini də həyata keçirir.
"Azər-Türk Bank" ASC | |
---|---|
Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti | |
Ümumi məlumatlar | |
Tipi | Açıq Səhmdar Cəmiyyəti |
Sənaye | Bank |
Təsis tarixi | 1995 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Rəhbərlik | Orxan Hüseynov - İdarə Heyətinin sədri |
atb.az |
“Azər Türk Bank” ASC Türkiyə, ABŞ, İngiltərə, Almaniya və Rusiya bankları ilə müxbir münasibətlərə malikdir. Korporativ və fiziki müştərilərəbank məhsul və xidmətlərinin geniş spektrini təklif edir.
Bank Bakı Banklararası Valyuta Birjası, Azərbaycan Banklar Assosiasıyası, Bakı Fond Birjası, Hökumət Ödəniş Portalının , habelə Western Union, UPT, Contact və Monex beynəlxalq təcili pul köçürmə sistemləri, eyni zamanda SWIFT, MasterCard və Visa beynəlxalq ödəniş sistemlərinin üzvü və tərəfdaşıdır.
Səhmdarlar
redaktəHazırda, nizamnamə kapitalı 50,000,000.00 AZN təşkil edən Bankın səhmdarları:
- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (75.00%)
- Türkiyə Respublikasının Ziraat Bankı (12,37 %)
- “AzRe Təkrarsığorta” ASC (6.55%)
- "Qala Həyat" Sığorta Şirkəti ASC (5.00%)
- Ziraat Bank İnternational (1.08%).
Baş ofis
redaktəBakı şəhəri, C.Məmmədquluzadə küç. 85; 192/193
Telefon: 12 945 +994 12 945
WhatsApp: 55 7770 945 +994 55 7770 945
- ↑ "https://president.az/az/articles/view/56673". 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.07.2022.
- ↑ "https://atb.az/info/". 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
- ↑ "https://banks.az/banklar/atb".