Ayris Film 2001 - Wikipedia
"Ayris" (en İris) — İngilis yazıçısı Ayris Mördokun və həyatı yoldaşı Con Beyli ilə yaşadığı illər haqqında bəhs edən drama janrında çəkilmiş film. Film 2001-ci ildə rejissor Riçard Ayr tərəfindən çəkilib.
Ayris | |
---|---|
İris | |
Janr | Dram |
Rejissor | Riçard Ayr |
Prodüserlər | |
Ssenari müəllifləri | |
Baş rollarda | |
Operator | Rocer Pratt |
Bəstəkar | Ceyms Horner |
İstehsalçılar | Miramax Films, Fox Iris Productions,BBC Films, Intermedia, Mirage Enterprises |
İlk baxış tarixi |
14 December 2001 (Premyera)
18 January 2002 (Böyük Britaniya) |
Müddət | 91 dəq. |
Büdcə | 5,5 mln.$ |
Gəlir | 16.1 mln.$ |
Ölkələr |
Böyük Britaniya ABŞ |
Dil | İngilis dili |
İl | 2001 |
Rəng | rəngli |
IMDb | ID0280778 |
Mükafatları |
Süjet
redaktəFilm yazıçı və filosof Ayris Mördokun son illərindən bəhs edir. Yazıçı həyatının sonunda Alsheymer xəstəliyindən əziyyət çəkirdi. Filmin süjet xətti, gənc Ayrisin gələcək əri Con Beyli ilə tanışlığı haqqında bəhs edən fleşbəklərlə kəsilir. Onların arasında dərin məhəbbət hissi yaranır. Cütlük ömrünün sonunadək birlikdə yaşayır.
Rollarda
redaktəAktyor | Rol |
---|---|
Cudi Denç | Ayris Mördok |
Keyt Uinslet | Ayris Mördok (cavanlığı) |
Cim Brodbent | Con Beyli |
Hyu Bonnevil | Con Beyli (cavanlığı) |
Penelopa Uilton | Canet Stoun |
Culiyet Obri | Canet Stoun (cavanlığı) |
Kris Marşal | Qacen (Həkim) |
Semyuel Vest | Moris (cavanlığı) |
Mükafat və mükafata namizədlər
redaktəBurada əsas və mühüm mükafatlar sadalanır. tam siyahı [1] ünvanında yerləşdirilib.
Mükafatlar
- 2001 — "Ən yaxşı gənc istedad" Berlin Kinofestivalı (Hyu Bonnevil)
- 2001 — ABŞ Kino tənqidçilərinin Milli Şurasının 2 mükafatı: "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent), Kino sənətində xüsusi ustalığa görə
- 2002 — Oskar, 2002 "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent)
- 2002 — BAFTA, 2002 "Ən yaxşı qadın rolu" (Cudi Denç)
- 2002 — Qızıl Qlobus "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent)
- 2002 — Avropa Kino Akadeiyasının Mükafatı "Ən yaxşı qadın rolu" (Keyt Uinslet)
Mükafata namizədlik
- 2001 — Əsas müsabiqədə iştirak Berlin Kinofestivalı (Riçard Ayr)
- 2002 — Oskar 2002 — "Ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı qadın rolu" (Keyt Uinslet)
- 2002 — BAFTA 2002 — mükafata 5 namizəd "Ən yaxşı Britaniya filmi" (Robert Foks, Skott Rudin, Riçard Ayr), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Hyu Bonnevil), "İkinci dərəcəli ən yaxşı qadın rolu" (Keyt Uinslet), "Ən yaxşı uyğunlaşdırılmış ssenari" (Riçard Ayr, Çarlz Vud)
- 2002 — Qızıl Qlobus mükafatına 2 namizəd: "Dram janrında ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı qadın rolu — Kinofilm" (Keyt Uinslet)
- 2002 — Avropa Kino Akadeiyasının Mükafatına 3 namizəd: "Ən yaxşı kişi rolu" (Cim Brodbent və Hyu Bonnevil), "Ən yaxşı qadın rolu" (Cudi Denç)
- 2002 — ABŞ kinoaktyorları Gildiyasının mükafatına 2 namizəd: "Ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent)
Maraqlı faktlar
redaktəAyris Mördokun rolunun ifasına görə Cudi Denç və Keyt Uinslet Oskar mükafatına namizəd olmuşdular. İki aktyor bir filmdə müxtəlif yaşlarda eyni insanı canlandırdıqlarına görə tarixdə ikinci dəfə Oskar mükafatına namizəd olurdular. İlk presedent Keyt Uinslet və Qloriya Stüartın "Titanik" filmindəki Rouz obrazına görə namizədlərin irəli sürülməsi idi.
Xarici keçidlər
redaktə- ↑ "Arxivlənmiş surət". 2011-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-25.