Aybasi - Wikipedia
Menstruasiya və ya aybaşı (lat. mensis — ay, menstruus — hər ay) — qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir. Qadın hərəkətli olduqda ifrazat laxtalanmır. Bu dövrdə oturaq vəziyyətdə olan qadınlarda uşaqlıq yolunda yığılıb qalan qan laxtalana bilər. Menstrual qanın laxtalanmasının qarşısını alan durulaşdırıcı fermentlər ifrazatın miqdarı artıq olduqda və laxtalanma sistemi pozğunluğunda heç də effektli olmur. Aybaşı ifrazatının xüsusi qoxuya malik olması, uşaqlıqdan xaric olan steril qana uşaqlıq yolunda qoşulan bakteriya və mikroorqanizmlərlə əlaqədardır.
Aybaşı/Menstruasiya | |
---|---|
| |
| |
Latınca | menstruis |
Yunanca | μήνῥέω |
Vikianbarda əlaqəli mediafayllar |
İlk menstruasiyadan aybaşı dövriyyəsi - menstrual sikl başlanmış olur. Aybaşı qanı adi damarlardan axan qandan bir qədər tünd rəngə malik olub, tərkibində çoxlu sayda fermentlərin olduğuna görə laxtalanmır. Hamiləlik və laktasiya zamanı aybaşı baş vermir. Aybaşının kəsilməsi hamiləliyi təsdiqləyən əsas simptom hesab olunur.
Haqqında
redaktəYəhudi ənənəsinə və Tövrata əsasən aybaşı zamanı qadın pak sayılmadığından onunla hər hansı cismani əlaqə məqbul sayılmır. Tövrata görə bu zaman qadın orqanizmində ölüm prosesi getdiyindən o pak sayıla bilməz. İslam və yəhudi dini bu dövrlərdə qadınla cinsi əlaqədə olmağa izin vermir. İslamda aybaşılı qadının dini ayinlərdə iştirakına izin verilmir.
Aybaşı dövriyyəsi - menstrual sikl
redaktəAybaşı ay təqvimindəki aylar kimi 28 gündən bir baş verir. Lakin o qeyri standart müddətlərdə də (21-35 gün arası) baş verə bilir. Cinsi yetkinliyə qədər, hamiləlik və laktasiya zamanı aybaşı fizioloji olaraq baş vermir. Laktasiya dövrü aybaşının olmaması bir növ təbii olaraq qadını hamilə qalmaqdan qorumuş olur. Bu dövrü laktasiya amnoreyası adlandırırlar.
Menarxe
redaktəHəddi büluğa çatmış qadında baş vermiş ilk aybaşı menarxe adlandırılır. Adətən menarxe 12-14 yaşlarında (bəzən erkən 9-11 yaxud gecikmiş 19-21 yaşlarında) baş verir. İsti iqlim zonalarında bu yaş həddi 11-15; mülayim iqlim zonalarında 12-18; soyuq iqlim zonalarında isə 13-21 arasında dəyişir. İrqindən asılı olaraq menarxenin başlama müddəti zəncilərdə avropalılarda eləcə də eyni sosial-iqtisadi şəraitdə yaşayanlara nisbətən erkən baş verir. İlk aybaşıdan sonra sonrakı aybaşı 2 və ya 3 aydan sonra baş verə bilir. Aybaşının davam etmə müddəti 2-8 gün intervalında olur. Bu müddətdə soyulmuş endometriyum tamamilə soyularaq cinsiyyət dəhliz vasitəsilə xaric olunur.
Mensturasiya pozğunluğu
redaktəMenstural pozğunluğa aşağıdakılar səbəb ola bilər:
- Qadın xəstəlikləri - şişlər, endometrioz, iltihablar, cinsiyyət yolu infeksiyaları, hormonal pozğunluqlar
- Süni abortlar, uşaq düşürmə halları
- Qaraciyər funksiyasının pozulması, endokrin xəstəlikləri, qanın laxtalanma sistemi patologiyaları
- Qanın laxtalanmasına təsir edən dərmanların qəbulu (aspirin)
- C,P,K vitaminlərinin, kalsium və digər bio aktiv maddələrin çatışmazlığı
- Stres
Əlaməti | Adı |
---|---|
Nadir baş verən aybaşı | Oliqomenorreya |
Hədsiz yüngül və qısa sürən aybaşı | Hipomenorreya |
Yüksək tezliklə baş verən aybaşı (21 gündən bir) | Polimenorreya |
Hədsiz ağır və uzun sürən aybaşı | Hipermenorreya |
Hədsiz ağrılı keçən aybaşı | Dismenorreya |
Aralıq qanaxmalı - asiklik aybaşı | Metrorragiya |
Yoxluğu | Amenorreya |
Aybaşı zamanı şəxsi gigyena
redaktəBu dövrdə şəxsi gigyena məqsədilə qadınlar xüsusi bezlərdən və daxilə - uşaqlıq yoluna qoyulmaq üçün nəzərdə tutulmuş tamponlardan istifadə edirlər. Hər iki halda həm bez həm də tampon toxuması menstrual ifrazatı özünə hopdurur. Aybaşı zamanı şəxsi gigyenaya xüsusi fikir vermək lazımdır. Gündəlik duş qəbulu və ya 2-3 dəfə yuyunmaq məsləhətdir. Qanlı menstural ifrazat patogen bakteriyaların çoxalması üçün münbit şərait sayılır. Fiziki işdən və psixi gərginlikdən qaçınmaq məsləhətdir. Vanna qəbulu heç məsləhət görülmür. Alkoqol və kəskin acı qidalardan çəkinmək lazımdır. Kəskin acı ədviyyatlar qanaxmanı artıra bilir.
“Aybaşı fincanı”
redaktə"Aybaşı fincanı" — (ing. menstrual cup) — aybaşı zamanı qanlı ifrazı toplamaq üçün uşaqlıq yoluna daxil edilən intim gigyenik ləvazimatdır. "Aybaşı fincanı" ilk dəfə 1930-cu ildə istehsal olunaraq satışa çıxarılmşdır.
Cinsi əlaqə
redaktəAybaşı zamanı cinsi əlaqə qadın özünü fiziki diskomfort hesab edə bilər. Bu zaman hormonal fonun artması emosional gərginlik də yarada bilər. Bu dövrdə uşaqlıq müxtəlif infeksiyalar üçün həssas ola bilər. Bu məqsədlə mütəxəssislər aybaşı zamanı cinsi əlaqəni məqbul saymırlar.