Ay Asiqleri Yarali Urek Qoryo Teleserial 2016 - Wikipedia
Ay aşiqləri: Yaralı ürək Qoryo(eng.Moon Lovers: Scarlet Heart Ryeo, Hangul: 달의 연인 — 보보경심 려; Hanja: 달의戀人-步步驚心 麗; RR: Dar-ui yeon-in — Bobogyeongsim ryeo; MR: Tar-ŭi yŏnin — -cPopokyŏngsim ryŏ)- Çin yazıçısı Tong Huanın Bu Bu Jing Xin əsəri əsasında ekranlaşdırılan Cənubi Koreya teleserialıdır. 2016-cı ilin avqustun 29-dan noyabrın 1-nə qədər SBS telekanalında 20 seriyadan ibarət olmaqla hər həftənin bazar ertəsi və çərşənbə axşamı saat 22:00-da yayımlanmışdır.
Ay aşiqləri: Yaralı ürək Qoryo | |
---|---|
kor. 달의 연인 | |
Janr | fantaziya teleserialı[d][1], melodram, dram teleserialı[d][1] |
Rollarda | |
İstehsalçı ölkə | |
Studiya | YG Entertainment |
Dil | koreya dili |
IMDb | ID5320412 |
tv.sbs.co.kr/scarlethear… | |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəGünəş tutulması nəticəsində 21-ci əsrdə yaşayan 25 yaşlı Go Ha-jin(Lee Ji-eun), Qoryo sülaləsinin dövrünə qayıdır. O, 941-ci ildə Hae Soo-nun bədənində oyanaraq hakimiyyətdə olan Vanq ailəsinin şahzadələri ilə qarşılaşır. O, əvvəlcə alicənab 8-ci şahzadə Vanq Vuka (Kang Ha-neul) aşiq olur, daha sonra isə öz üzünü maskanın arxasında gizlədən və aşağılayıcı şəkildə "canavar-it" adlandırılan 4-cü şahzadə Vanq So-nu (Lee Joon-gi) sevir. Beləliklə Hae Soo fərqinə belə varmadan özünü şahzadələr arasında rəqabət və siyasət, taxt-tac uğrunda gedən mübarizələr arasında tapır.
Rollarda
redaktəƏsas
redaktə- Lee Joon-gi — 4-cü Şahzadə Vanq So rolunda
- Lee Ji-eun — Go Ha-jin / Hae Soo rolunda
- Kang Ha-neul — 8-ci Şahzadə Vang Vuk rolunda
- Hong Jong-hyun — 3-cü Şahzadə Vang Yo rolunda
Köməkçi
redaktə- Jo Min-ki — Kral Taejo, Qoryo sülaləsinin banisi
- Park Ji-young — İmperatriça Dowager Yoo (Taejonun 3-cü kraliçası) 3-cü Şahzadə Vang Yo , 4-cü Şahzadə Vanq So, and 14-cü Şahzadə Vanq Yunqun anası
- Jung Kyung-soon — İmperatriça Hwangbo (Taejonun 4-cü kraliçası) 8-ci Şahzadə Vang Vuk və şahzadə Yeon-Hwa-nın anası
- Kang Han-na — Hwangbo Yeon-hwa (Kraliça Daemok)8-ci Şahzadə Vang Vuk-un kiçik bacısı və 4-cü Şahzadə Vanq So-nun arvadı
Musiqiləri
redaktə№ | Adı | Sözləri | Musiqisi | İfaçı | Müddəti | |
---|---|---|---|---|---|---|
1. | Sənin üçün | Ji Hoon, Goo Ji-an | Rocoberry | Chen, Baekhyun, Xiumin | 3:17 | |
2. | Hə de | Ji Hoon, Loco | Rocoberry | Loco Punch | 3:40 | |
3. | Səni sevirəm, səni xatırlayıram | Ji Hoon, Goo Ji-an | earattack, Obros | I.O.I | 4:08 | |
4. | Səni unudarkən | Ji Hoon, Goo Ji-an | Rocoberry, Conan, Loco | Davichi | 3:13 | |
5. | Səninlə hər şey | Ji Hoon, Goo Ji-an | Seo Jae-ha, Kim Young-sung | Taeyeon | 3:55 | |
6. | Ürəyimi eşidə bilirsən? | Tablo, Mithra Jin, Ji Hoon, Goo Ji-an | Tablo, DJ Tukutz, Conan, Loco, Rocoberry | Epik High Lee Hi | 4:09 | |
7. | Sevgi kimi daha çox | Ji Hoon, Goo Ji-an | Rocoberry, Conan, Loco | Baek A-yeon | 3:24 | |
8. | Etiraf | Ji Hoon, Goo Ji-an | Hwang Chan-hee, PJ | SG Wannabe | 3:41 | |
9. | Qayıdacaqmı | Ji Hoon, Goo Ji-an | Rocoberry, Conan, Loco | Im Sunhae | 3:27 | |
10. | Mənim sevgim | Ji Hoon, Goo Ji-an | Hwang Chan-hee, Lee Seung-joo, Lee Ra-eum | Lee Hi | 3:42 | |
11. | Külək | Ji Hoon, Goo Ji-an | Rocoberry, Conan, Loco | Jung Seung-hwan | 3:39 | |
12. | Səninlə olmaq | Ji Hoon, Lee Chan-hyuk | Lee Chan-hyuk, Rocoberry | Akdong Musician | 3:08 | |
13. | Əlvida | Ji Hoon, Goo Ji-an | Ahn Young-min | Im Do-hyuk | 4:28 |