Avtolik - Wikipedia
Avtolik[2] (q.yun. Αὐτόλῠκος, hərf. özü canavar olan) — qədim yunan mifologiyasında personaj, Hermesin oğlu. O, Parnas dağında yaşayırdı, görkəmli hiyləgər və oğru kimi tanınırdı. Qızı Antikleya vasitəsilə adını verdiyi Odisseyin babası olmuşdur. Mifin bir versiyasına görə, o, arqonavtların səyahətində iştirak etmişdir. O, Evripidin itmiş satirik dramının baş qəhrəmanı olmuşdur.
Avtolik | |
---|---|
Mifologiya | qədim yunan mifologiyası |
Cinsi | kişi[d] |
Atası | Hermes[1] |
Anası | Xiona[d] |
Arvadı | |
Uşaqları |
Mifologiyada
redaktəMənşəyi
redaktəQədim müəlliflərə görə, Avtolikin atası tanrı Hermes idi. Bu versiya ilk dəfə e.ə. VI əsrdə yaşayıb-yaratmış Ferekidin yazılarında görünür və Homer bu barədə məlumatlı deyildi.[3] Buna baxmayaraq, Hermes və Avtolik "Odisseya" əsərində qarşılıqlı əlaqədə olurlar.[4] Müxtəlif mənbələrdə onun anası Dedalionun qızı Xiona,[5] Deionun qızı Filonida[6] və ya çay tanrısı Peneyin qızı Stilba göstərilmişdi. Eyni zamanda, bir versiyaya görə, Xiona ardıcıl olaraq Hermes və Apollon ilə yatmışdır. O, bundan sonra əkiz uşaq doğmuşdur. Onlardan biri Hermesdən olan Avtolik, digəri isə Apollondan olan Filammon idi.[5][7] Dedalion[8] və Afina padşahı Erixtoninin Avtolikin atası kimi göstərildiyi alternativ şəcərələr də mövcuddur.[3][9][10]
"Avtolik" adı "canavarın personifikasiyası" və ya "canavarın özü" deməkdir.[11][12] Bu personaj oğruların himayədarı kimi Hermesin bir növ sinonimi idi. O, Hermesdən istənilən formanı dəyişdirmək və almaq, obyektləri görünməz hala çevirmək və ya onları tanınmaz dərəcədə dəyişdirmək qabiliyyətini əldə etmişdir. Hermes Avtolikə öz adına yalandan and içməyə icazə vermişdir, lakin o, hər halda o formada and içməli idi ki, formal olaraq andlarını pozmadan onları yerinə yetirməyəcəkdi. Bütün bunlara görə o, "ellinlərin ən kələkbazı" və "insanların ən hiyləgəri"" adlandırılmışdır.[10][12]
Həyatı
redaktəBütün mənbələr Avtolik olə başqa bir hiyləgər şəxs olan Korinfli Sizif arasında münaqişədən bəhs edir.[3] Sizif durmadan mal-qarasını itirirdi və inəklərin dırnaqlarında gördüyü olan xüsusi işarələr sayəsində bunun arxasında Avtolikin olduğunu müəyyən etmişdir. O, Avtoliki cəzalandırmaq üçün qızı Antikleyaya təcavüz etmişdir.[13] Mifin bir versiyasına görə, o, bunu Avtolikin razılığı ilə etmişdi. Bundan əlavə, qədim müəlliflər Avtolikin Amintordan dəbilqə,[14] Evbeyada Exaliya padşahı Evritdən inək oğurladığını qeyd etmişdilər.[15] Psevdo-Apollodorun məlumatına görə, Avtolik sərrast güləşçi idi və o, Herakla güləş sənətini öyrətmişdir.[16] Avtolik daha sonra arqonavtların Qızıl yun uğrunda Kolxidaya səyahətində iştirak etmişdir,[17] lakin bu mənbədə çaşqınlığın yaranması barədə fikir mövcuddur. Arqonavtlar arasında Sinopun əfsanəvi qurucusu olan və eyni zamanda Avtolik adlanan başqa bir şəxsin olduğu da versiyalar arasındadır.[10]
Avtolik Pereyin qızı Neyera və ya Amfiteya ilə evlənmişdi.[18] Həyat yoldaşı ona Antikleya adlı bir qız, Esim adlı bir oğul və bir versiyaya görə, sonradan Fessaliyada yerləşən İolk padşahı Esonun həyat yoldaşı və Yasonun anası olan Polimedanı doğmuşdur.[3] Esim Troya atı hekayəsində mühüm rol oynayan Sinonun atası olmuşdur. Antikleya İtaka padşahı Laertin həyat yoldaşı və başqa bir hiyləgər şəxs olan Odisseyin anası olmuşdur. Bəzi mənbələrdə Sizifin əslində Odisseyin atası olduğu iddia edilmişdir. Bu versiya ilə qədim yunan mifologiyasında hiyləgərliyi ilə seçilən üç mifoloji personaj əlaqələndirilmişdir.[12] Odissey doğulan zaman Avtolik İtakada idi və ona bu adı verən o olmuşdur. Homer qeyd etmişdir ki, bu, "qəzəbli olmaq", "nifrət etmək" mənasını verən "ὀδύσσομαι" felindən gəlir, çünki Avtolik o zaman bir çox insana qəzəbli idi.[19][20] Odissey böyüdükcə Parnas dağında yaşayan Avtolikə baş çəkmiş və ondan təmtəraqlı hədiyyələr almışdır. Məhz orada Laert ov edən zaman ayağından yaralanmış[21] və bundan sonra həyatının sonuna qədər yara izi ilə qalmışdır. Bu, "Odisseya"nın süjetində mühüm rol oynamışdır.[3][10]
Mirası
redaktəAvtolik və Sizif arasındakı münaqişə e.ə. III–I əsrlərə aid şərab qablarında təsvir edilmişdir.[3] Avtolik Evripidin eyniadlı satirik dramının baş qəhrəmanı olmuşdur.[22] O, Henri Layon Oldinin "Bir qəhrəman olmalıdır" və "Odissey, Laertin oğlu" romanlarında, "Herakl: Əfsanəvi səyahətlər" və "Zena: Döyüşçü şahzadə" seriallarında təsvir edilmişdir.[23][24]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Любкер Ф. Autolycus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 197.
- ↑ Ziyatay, 2009. səh. 151
- ↑ 1 2 3 4 5 6 Dümmler, 1896
- ↑ Гомер, 2000, Одиссея, XIX, 396—398
- ↑ 1 2 Гигин, 2000, Мифы, 200
- ↑ Гесиод, 2001, Каталог женщин, 31 (64)
- ↑ Овидий, Метаморфозы, XI, 301—317
- ↑ Павсаний, VIII, 4, 6
- ↑ Софокл, 1990, фрг. 350
- ↑ 1 2 3 4 Sybel, 1886
- ↑ Gutzwiller, 1991. səh. 37
- ↑ 1 2 3 Ботвинник, 1987
- ↑ Гигин, 2000, Мифы, 201
- ↑ Гомер, 2008, Илиада, X, 266
- ↑ Аполлодор, II, 6, 2
- ↑ Аполлодор, II, 4, 9
- ↑ Аполлодор, I, 9, 16
- ↑ Гомер, 2000, Одиссея, XIX, 416
- ↑ Гомер, 2000, Одиссея, XIX, 406—409
- ↑ Lobsien, 2008, s. 485
- ↑ Гомер, 2000, Одиссея, XIX, 413—468
- ↑ Гигин, 2000, Мифы, 201, прим
- ↑ "Hercules: The Legendary Journeys". 16 yan 1995. 22 noyabr 2024 tarixində arxivləşdirilib – IMDb vasitəsilə.
- ↑ "Xena: Warrior Princess". 4 sen 1995. 19 noyabr 2024 tarixində arxivləşdirilib – IMDb vasitəsilə.
Ədəbiyyat
redaktə- Homer. Odisseya. Ələkbər Ziyatay tərəfindən tərcümə olunub. Bakı: Şərq-Qərb. 2009.
- Аполлодор Афинский. "Мифологическая библиотека". Сайт «История Древнего Рима». İstifadə tarixi: 2019-02-19.
- Гесиод. Полное собрание сочинений. М.: Лабиринт. 2001. ISBN 5-87604-087-8.
- Гигин. Мифы. СПб.: Алетейя. 2000. ISBN 5-89329-198-О.
- Гомер. Илиада. М.: Наука. 2008. ISBN 978-5-02-025210-3.
- Гомер. Одиссея. М.: Наука. 2000. ISBN 5-02-011652-1.
- Публий Овидий Назон. "Сочинения". İstifadə tarixi: 2019-09-06.
- "Павсаний. Описание Эллады". Сайт «История Древнего Рима». İstifadə tarixi: 2024-12-08.
- Софокл. Драмы. М.: Наука. 1990. ISBN 5-02-012672-1.
- Ботвинник М. Автолик // Мифы народов мира . 1. 1987. 32.
- Dümmler F. "Autolykos 1". Paulys Realencyclopädie der classischen Altertumswissenschaft. 1896. /.
- Lobsien E. "Odysseus". Maria Moog-Grünewald (Hrsg.): Mythenrezeption. Die antike Mythologie in Literatur, Musik und Kunst von den Anfängen bis zur Gegenwart (= Der Neue Pauly. Supplemente). 2008. /.
- Sybel L. "Autolykos 1". Ausführliches Lexikon der griechischen und römischen Mythologie. 1886. /.
- K. J. Gutzwiller. Theocritus' Pastoral Analogies: The Formation of a Genre (p. 37). University of Wisconsin Press. 1991. ISBN 0299129446.
Əlavə ədəbiyyat
redaktə- Цымбурский В. Hetto-Homerica: (Наречение Одиссея и наречение злого брата в хеттской «Сказке об Аппу и его сыновьях» // Вестник древней истории . 2. 2005. 14—26.