Avstriyali Ketrin - Wikipedia
Avstriyalı Ketrin (14 yanvar 1507[1] – 12 fevral 1578, Lissabon[1]) — Portuqaliya kralı III Conun xanımı. Nəvəsi I Sebastiyan kiçik olduğu üçün 5 il naibə olaraq Portuqaliyanı idarə etdi. Kastiliya kraliçası Yuannanın kiçik qızı idi və 1525-ci ildə Portuqaliya kralı III Conla evləndirildi.
Avstriyalı Yekaterina | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 yanvar 1507[1] |
Vəfat tarixi | 12 fevral 1578 (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Atası | I Filip (Kastiliya kralı) |
Anası | Kastiliyalı I Yuanna |
Həyat yoldaşı |
|
Uşaqları | |
|
|
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlk illəri
redaktəKetrin 14 yanvar 1507-ci ildə Kastiliya kraliçası Yuanna və Habsburqlu Filipin qızı olaraq Torquemada qalasında dünyaya gəldi. Atasının ölümündən 4 ay sonra dünyaya gələn Ketrinin digər bacı-qardaşları (Ferdinand istisna olmaqla) Burqundiyada dünyaya gəlmişdi və atalarının vəfatının ardından əqli səhhəti pozulan analarından alınaraq bibiləri Avstriyalı Marqaritanın himayəsinə verilmişdi. Ancaq yenicə dünyaya gələn Ketrin anasıyla birlikdə qaldı və babası Araqonlu Ferdinandın naibliyi dönəmində Tordesillas qalasında həbs tutulan anasıyla birlikdə qaldı. Evlənmə yaşına qədər burada anasıyla birlikdə qalan Ketrin 18 yaşı tamam olduqdan sonra buradan ayrıldı.
Evliliyi — Portuqaliya kraliçası
redaktəKetrin 10 fevral 1525-ci ildə xalası oğlu olan Portuqaliya kralı III Conla evləndi. Bu evlilikdən 9 övladı dünyaya gəlsə də, onlardan yalnız ikisi yetkinlik yaşına çata bildi.
Övladlarının təhsil həyatıyla yaxından maraqlanan Ketrin bu səbəblə dövrün məşhur elm adamlarını, eləcə də qadın alimlərini ətrafında topladı. Qızı Mariya ilə yanaşı, böyük bacısı Eleonoranın qızı Mariyanın da təhsilindən məsul olan Ketrin sarayda xüsusi bir kitabxana qurmuşdu.
1557-ci ildə ərinin ölümündən sonra 3 yaşlı nəvəsi Sebastiyan Portuqaliya kralı elan edildi. Ancaq körpə krala naiblik etmək uğrunda Ketrin rəqibsiz deyildi. Həm gəlini, həm də qardaşı V Karlın qızı olan Yuanna oğluna naibəlik etmək uğrunda Ketrinlə siyasi mübarizəyə başladı. V Karlın məsələyə müdaxilə etməsinin ardından Ketrin bu mübarizədə qalib gəldi və 1557–1562-ci illərdə Portuqaliya kralının naibəsi olaraq xidmət etdi. Gəlini Yuanna isə qardaşı olan İspaniya kralı II Filipin yoxluğunda İspaniyada kral naibəsi olaraq xidmət etdi. 1562-ci ildə bu vəzifəni xalası oğlu Portuqaliyalı Henriyə həvalə etdi.
Son illəri
redaktəAvstriyalı Ketrin 12 fevral 1578-ci ildə Lissabonda vəfat etdi. Onun şəcərəsi isə ölümündən yalnız 6 ay sonra tükəndi. Belə ki, yetkinlik yaşına çatan 2 övladı da ondan öncə vəfat etmişdi. Digər tərəfdən bu övladlarından dünyaya gələn nəvələri də övladı dünyaya gəlmədən gənc yaşda vəfat etmişdi.
Mənbə
redaktə- Chisholm, Hugh, ed. (1911). "Joanna" . Encyclopædia Britannica. 15 (11th ed.).
- Jordan, Annemarie (1994). The Development of Catherine of Austria's Collection in the Queen's Household: Its Character and Cost. Providence, R. I.: Brown University. p. 700.
- Teresa Canepa, "The Iberian royal courts of Lisbon and Madrid, and their role in spreading a taste for Chinese porcelain in 16th-century Europe", Ibid, p. 17
- Downey, Kirstin (November 2015). Isabella: The Warrior Queen. Knopf Doubleday Publishing Group. p. 28.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #119388871 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.