Avstriya Ile Dovlet Muqavilesi - Wikipedia
Avstriya ilə dövlət müqaviləsi (alm. Österreichischer Staatsvertrag) və ya Müstəqil və demokratik Avstriyanın bərpası haqqında dövlət müqaviləsi (alm. Staatsvertrag betreffend die Wiederherstellung eines unabhängigen und demokratischen Österreich) — Avstriyanın dövlət müstəqilliyini bərpa edən müqavilə.[2] Bu, İkinci Dünya müharibəsində antihitler koalisiyasına daxil olan dörd böyük dövlət – SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa ilə Avstriya arasında 15 may 1955-ci ildə Vyana şəhərində imzalanmışdır. Müqavilə Avstriyanın dörd böyük dövlət tərəfindən işğalına son qoymuşdu. Böyük dövlətlər Avstriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edəcəyi, Avstriya isə Almaniya ilə hər hansı bir şəkildə siyasi, iqtisadi ittifaqa girməyəcəyi, ölkədə demokratik azadlığı təmin edəcəyi, nasist və faşist təşkilatların fəaliyyətinə imkan verməyəcəyi barədə öhdəlik götürmüşdür. Müqaviləyə anşlussu qadağan edən maddə də əlavə edilmişdir Avstriya ilə dövlət müqaviləsi beynəlxalq gərginliyin zəiflədilməsi və Avropada sülhün möhkəmləndirilməsində mühüm rol oynamış, müstəqil Avstriyanın inkişafına zəmin yaratmışdır.[3]
Avstriya ilə dövlət müqaviləsi | |
---|---|
Müstəqil və demokratik Avstriyanın bərpası haqqında dövlət müqaviləsi | |
| |
Müqavilənin tipi | Çoxtərəfli müqavilə |
İmzalanma tarixi | 15 may 1955 |
İmzalanma yeri | |
Qüvvəyə minməsi | 27 iyul 1955 |
İmzalayanlar | |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ Slusser, Robert M.; Triska, Jan F. A Calendar of Soviet Treaties 1917-1957. Stanford: Stanford University Press. 1959. səh. 328.
- ↑ Maier, Charles S.; Bischof, Günter; Ruggenthaler, Peter; Stourzh, Gerald; Mueller, Wolfgang. "The Austrian State Treaty and the Cold War: Contending Perspectives". Journal of Cold War Studies. 23 (4). 2021-11-01: 211–245. doi:10.1162/jcws_c_01045. ISSN 1520-3972. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-15.
- ↑ Австрија илә дөвләт мүгавиләси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 64.
Xarici keçidlər
redaktə- Müqavilənin tam mətni (ing.)
- Müqavilə ilə bağlı veb-sərgi (alm.)
- Austria is free (alm.)
- 2005 yubiley ilinin saytı (ing.)