Avstriya Bagacigi - Wikipedia
Avstriya bağacığı(lat. Eurygaster austriacus Schreck.) — buğumayaqlılar tipinin Həşəratlar cinsinin Taxtabitilər dəstəsinə aid olan növ.
Avstriya bağacığı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Xarici quruluşu
redaktəEurygaster austriacus Schreck bədəni geniş dairəvidir. Rəngi dəyişkən olub, sarımtıl – boz və yaxud tutqun, bəzən isə qaradır. Ön döşün yan tərəfləri xaricdən təpəvari çıxıntılıdır. Başın eni uzununa bərabər olub, təpəsi itiləşmiş şəkildədir. Skul lövhəsi dilçəkdən uzundur və hər ikisi başın qabaq tərəfində rastlaşır. Uzunluğu 11 – 13 mm – dir.[1]
Yayılması
redaktəAvstriya bağacığının Azərbaycanda yayılma arealı digər bağacıqlardan məhduddur. Bu növə yalnız Kiçik Qafqazda yerləşən rayonların ərazisində təsadüf edilir. Böyük Qafqazın cənub yamaclarında, Talışda, eləcə də Şirvan və Muğanda bu növə rast gəlinmir.[2]
Həyat tərzi
redaktəAprelin birinci və ikinci ongünlüyündə bağacıqlar kütləvi surətdə mayalanma və yumurtaqoyma prosesinə başlayır. Yumurtaqoyma prosesi aran və dağətəyi rayonlarda may ayının axırına qədər davam edir. . Havanın temperaturundan asılı olaraq, bağacıq yumurtalarının inkişafı 8−14 gün davam edir. Yumurtadan çıxan sürfələr xarici quruluşuna görə yetkin fərdlərə oxşayır. Birinci qabıq dəyişmədən sonra sürfələr fəallaşır. Avstriya bağacığın sürfələri 5 dəfə qabıq dəyişir və nəhayət yumurtadan çıxandan 35 – 40 gün sonra yetkin formaya keçir. İldə bir nəsil verir. İmaqo mərhələsində qışlayır.[3]
İstinadlar
redaktə- ↑ C. A. Hidayətov. Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər), −42 səh.
- ↑ C. A. Hidayətov. Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər),-42 səh.
- ↑ C. A. Hidayətov. Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər),-42 səh.
Ədəbiyyat
redaktə- C. A. Hidayətov. Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər), −42 səh.