Avropa Enliqulagi - Wikipedia
Avropa enliqulaqı (lat. Barbastella barbastellus) — Enliqulaqlılar cinsinə aid növ. 32 xromosona malikdir.
Avropa enliqulağı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Avropa enliqulağı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Görünüşü
redaktəKiçik və parlaq yarasadır. Çəkisi 6–15 q, uzunluğu 45–58 mm təşkil edir. Quyruğnun uzunluğu 38–52 mm-dir. Qanadlar arasında məsafə 26–31 sm-dir. Bel nahiyəsində rəngi tünddür[3]
Yayılması
redaktəAvropada İngiltərədən Qafqaza kimi ərazilərdə, İspaniyada, Mərakeşdə, Litvada, Cənub-qərbi Belarusda, Ukraynanın qərbində və Kiçik Asiyada yayılmışdır[4]. Kiçik və Böyük Qafqazın meşələrində məskunlaşmışdır. Azərbaycanda 15 məntəqə qeydə alınıb, bunların çoxu şimali-qərb və cənubi-şərqdə — d.s. 1500 metrədək hündürlükdə yerləşir. Qafqazın digər ərazilərində 1900 m, Alp dağlarında 1800 m, Priney dağlarının isə 2260 m hündürlüyə malik ərazilərindəki mağaralarında rast gəlinir.
Yaşayış yeri və həyat tərzi
redaktəArid və enli yarpaq meşələrdə daha çox rast gəlinir. Respublikanın əsas ovalıq və dağlıq-meşə landşaftlarında rast gəlir. Oturaq növdür, ağacda yaşayır. Çoxalan dişilər koloniyalar əmələ gətirir. Erkək və çoxalmayan dişilər tək-tək yaşayır və çox nadir halda balaca koloniyalarda qruplaşırlar. Gündüzlər tək yarasalar tiklilərdə, damların tolu altında, divarların yarıqlarında, qapı və pəncərə çərçivələrinin arasında gizlənirlər. Çox böyük koloniya təşkil edə bilmirlər. Balalayan dişi koloniyaları hələ qeydə alınmayıb. Azərbaycanda yaz fəslində boğaz yarasalar qeydə alınmışdır. Avropada çoxalan koloniyalar 10–20 (bəzən 100-ə qədər) dişi yarasalardan ibarətdir, çürümüş ağac qabıqlarının arasında, ağac oyuqlarında rast gəlir. Balalayan koloniyalar üçün sığınacaqları tez-tez dəyişmək xarakterikdir, buna görə də, yaşayış yerlərinin seçilməsi zamanı köhnə və çürümüş ağacların sayının çoxluğu böyük əhəmiyyət kəsb edir. Çoxalma prossesi hələ öyrənilməyib. Başqa regionlarda dişi yarasalar iyun-iyul aylarında, 1, bəzən də 2 bala verir. Enliqulaqlar qış fəslini quru, soyuq mağaralarda, süni yeraltı sığınacaqlarda, dərin qaya çatlarında, bəzən də, ağac oyuqlarında keçirir. Qafqazın, Rusiyanın payına düşən ərazisində areal çərçivəsində, Kanyon və Mayskaya mağaralarında iki ən böyük (sayı 7 min və 2 min fərd olmaqla) qış koloniyaları qeydə alınmşdır. Bu koloniyalar xüsusilə zəifdir. Enliqulaq yarasalar yumşaqbədənli həşəratlarla (gecə kəpənəkləri, ağcaqanad və s.) qidalanırlar. Bu yarasalar bitki örtüyünün sərhədləri boyu ərazilərdə, meşə cığırlarının üzərində, bağların, üzümlüklərin və ayrı-ayrı ağac qrupıarının ətrafında ov edirlər. Xeyirli növ sayılır. Əsasən nadir Cücülərlə qidalanırlar.
Sayı
redaktəNadir növdür. Onlar demək olar ki, mağara olan ərazilərdə rast gəlmək olar. Dəqiq sayı məlum deyil. Sayının azalması müşahidə edilir. Bircə Almaniyada son beş ildə artım müşahidə edilir. Hər yerdə az sayda yayılmışdır. Nisbətən daha çox heyvanlara payız aylarında Samur-Dəvəçi ovalığında rast gəlinir. Bu yarasalar yalnız köhnə tikililərdə tapılmışdır, amma ultrasəs dalğaları çoxsaylı köhnə, oyuqlu ağacları olan meşə kənarlarında və meşə talalarında qeydə alınıb.
Məhdudlaşdırıcı amillər
redaktəMeşəliklərin qırılması və yaşayış yerlərinin məhdudlaşması, meşə və parklarda köhnə oyuqlu ağacların kəsilməsi nəticəsində yay və tranzit sığınacaqlarının azalması, qışlama dövründə yeraltı sığınacaqlarda bu yarasaların narahat edilməsi əsas məhdudlaşdırıcı amillərdir. Avropa enliqulağı üçün əsas təhlükələr xarakterik yaşayış yerlərinin ərazisinin azalması, sanitariya məqsədilə və odun tədarükü üçün köhnə oyuqlu ağacların kəsilməsi nəticəsində yaşayış yerlərinin öz əhəmiyyətini itirməsidir. Əsas təsirlərdən həm də, sığınacaqlar, miqrasiya və qidalanma yolları ətrafında ətraf mühitə antropogen təsir nəticəsində yaşayış yerlərinin məhv edilməsi, meşə yanğınları, kənd və meşə təsərrüfatında kimyəvi preparatların istifadəsi, bitki örtüyünün antropogen təsirlər nəticəsində dəyişdirilməsi hesab edilir. Bu da yarasaların yaşayış yerlərinin məhv edilməsinə və onların keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Qorunması
redaktəLatviya, Litva, Ukrayna və Rusiyanın qırmızı kitabına daxil edilmişdir. Azərbaycanda bu növlərin yaşama yerləri Bern Konvensiyasına (Əlavə II) əsasən xüsusi mühafizə olunan təbiət ərazilərində qorunur, lakin onların mühafizəsi üçün xüsusi tədbirlər həata keçirilmir. Bununla əlaqədar, yarasaların xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizəsini gücləndirmək, həmçinin meşə və parklarda qorunması üçün tədbirlər görülməlidir. Hər il yarasaların sıx yayıldığı yerlərdə monitorinqlər təşkil edillməlidir.
Mənbə
redaktə- 1. Рахматулина И. К. Рукокрылые Азербайджана (Фауна, Экология, Зоогеография) // Баку, 2005, сс. 86–88.
- 2. AMEA. Zoologiya İnstitutu. Məməlilər. Arxivləşdirilib 2015-05-08 at the Wayback Machine
- 3. Avropa enliqulaqı
- 4. Belarus Qlrmızı kitabı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Belarus Qırmızı Kitabı [ölü keçid]
- ↑ "Avropa enliqulaqı". 2013-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-15.