Avrasiya Iqtisadi Qrupu - Wikipedia
Avrasiya İqtisadi Qrupu (İngiliscə: Eurasian Economic Community, Rusca: Eвразийское Экономическое Сообщество, Türkcə: Avrasya Ekonomi Topluluğu)
Avrasiya İqtisadi Qrupu | |
---|---|
Növü | Regional təşkilat |
Yaranma tarixi | 2000 |
Ləğvolma tarixi | 2014 |
Mərkəzi | Moskva |
Üzvləri |
Belarus Qazaxıstan Qırğızıstan Rusiya Tacikistan |
evrazes.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Avrasiya İqtisadi Birliyi, üzv dövlətlərin iqtisadi inteqrasiyasını hədəf alan 2000-2014-cü illərdə mövcud olan regional bir təşkilatdır. Avrasiya İqtisadi Birliyinin yaranma prosesi, 6 yanvar 1995-ci il tarixində Rusiya ilə Belarusiya arasında imzalanan Gömrük İttifaqı Sazişi ilə başladı. 10 oktyabr 2000-ci ildə Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan tərəfindən imzalanan müqavilə ilə quruldu. Moldova və Ukrayna 2002-ci ildə, Ermənistan isə 2003-cü ildə təşkilata müşahidəçi qismində qoşulub. Özbəkistan 25 yanvar 2006-cı ildə Avrasiya İqtisadi Birliyinə qoşuldu. Təşkilat Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında da müşahidəçi statusuna malik idi. Avrasiya İqtisadi Birliyinin təşkilati quruluşu belə olub[1]:
- Dövlətlərarası konsulluq
- İnteqrasiya Komitəsi və Daimi Nümayəndələr Komitəsi
- Katiblik
- Parlamentlərarası Məclis
- İcma Məhkəməsi
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Avrasiya İqtisadi Qrupu Arxivləşdirilib 2006-02-27 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Boris N. Mamlyuk (2014). "Regionalizing Multilateralism: The Effect of Russia's Accession to the WTO on Existing Regional Integration Schemes in the Former Soviet Space". UCLA Journal of International Law and Foreign Affairs, Vol. 18, No. 2. SSRN 2412319