Avqustin Malar - Wikipedia
Avqustin Malar (18 İyul 1894 – 1945 ? Zaksenhauzen) — İkinci dünya müharibəsi dövründə slovak general.
Avqustin Malar | |
---|---|
slovak. Augustín Malár | |
Doğum tarixi | |
Doğum yeri |
Reytern Avstriya |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Zaksenhauzen həbs düşərgəsi, Almaniya |
Fəaliyyəti | yazıçı, hərbi qulluqçu |
Skalitsa şəhərində gimnaziyanı bitirdikdən sonra o, Praqada hərbi məktəbə daxil olmuşdur. Artıq 1931-ci ildə mayor rütbəsinə yüksələn Malar 1936-cı ildə Polkovnik-leytenant rütbəsinə kimi yüksəldi. İki dünya savaşı arasındakı dövrdə Malar Çexoslovakiya ordusunda slovak milliyətinə mənsub azsaylı yüksək rütbəli zabitlərdən biri idi. Almaniyanın Bohemya və Moraviya ərazisini işğal etdikdən və 1939-cu ilin martında ilk Slovakiya Respublikasının yaradılmasından sonra o, yenicə yaradılmış Slovakiya ordusunun ən yüksək rütbəli zabitlərdən biri idi. Oyuncaq Slovak dövləti, yaradılışından sonra SSRİ-yə müharibə elan etdi və özünün motorlu slovak diviziyasını şərq cəbhəsinə göndərdi. Malar 1941 və 1942-ci illərdə bu birliyin komandiri vəzifəsini icra etdi. Bu dövr ərzində o, general rütbəsinə kimi ucalaraq Alman Dəmir Xaç üzərində Cəngavər Xaçı adlanan medala layiq görüldü.
İtaliya və Almaniyanın hərbi attaşesində xidmət göstərəndən sonra o, 1944-cü ildə Şərqi Slovak Ordusunun komandiri təyin edildi ki, bu iki ən yaxşı Slovak diviziyası Slovakiyanı SSRİ hücumlarından qoruyurdu. 1944-cü ildə Slovak Milli Şurasını devirməyə çalışan bir qrup təyyarəçi fərz etdi ki, təcrübəli komandir olaraq Malar tabeliyində olan Slovak dəstələrə izin vermişdir ki, Sovet dəstələri döyüşsüz olaraq slovak ərazilərə daxil olsun.
Lakin 1944-cü il 29 avqustda başlamış uğursuz üsyanda gözləntilərin əksinə olaraq Malar üsyançılara qoşulmadı. Növbəti gün radio ilə çıxış edərək üsyana qalxanlarla həmrəy olmadığını bildirdi və "bizim zamanımız hələ yetişməyib" tərzdə əsgərləri öz barrikadalarına geri dönməyi tövsiyə etdi. Hərbi strateq olaraq o, üsyanın uğurla bitməsini istəyirdi.
Gələcəkdə almanlara qarşı vuruşmaq tərzində bəyanatından sonra alman təhlükəsizlik səlahiyətliləri onu Slovakiyanın şərqində yerləşən Preşov şəhərinə qayıdarkən tutdu. O, Almaniyaya deportasiya edildi və buradakı Zaksenhauzen həbs düşərgəsində sorğulamalardan sonra vəfat etdi.
Ədəbiyyat
redaktə- Fellgiebel, Walther-Peer. Die Träger des Ritterkreuzes des Eisernen Kreuzes 1939–1945 — Die Inhaber der höchsten Auszeichnung des Zweiten Weltkrieges aller Wehrmachtteile [The Bearers of the Knight's Cross of the Iron Cross 1939–1945 — The Owners of the Highest Award of the Second World War of all Wehrmacht Branches] (German). Friedberg, Germany: Podzun-Pallas. 2000 [1986]. ISBN 978-3-7909-0284-6.