Aviasiya Yanacagi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aviasiya yanacağı — havanın oksigenlə oksidləşməsi prosesində istilik enerjisinin alınması üçün uçan aparatın mühərriyinin yanma kamerasına hava ilə birlikdə daxil edilən yanan maddədir. Onun iki növü var: aviasiya benzini və reaktiv yanacağı. Birinci növ, bir qayda olaraq, porşen, ikinci turboreaktiv mühərriklərində tətbiq olunur. Eləcə də dizel yanacağından, hazırda kerosindən istifadə edən dizel porşen aviasiya mühərriklərinin işlənilməsi məlumdur. Hal-hazırda artan neft qıtlığı səbəbindən neft aviasiya yanacağının əvəz olunması üsulları axtarılır, o cümlədən yanacağın variantları nəzərdən keçirilir: sintetik, kriogen (maye hidrogen daxil olmaqla), kriogen metan yanacağı (KMY) və s. 1989–90-cı illərdə maye hidrogen və KMY-də Ty-155, 1987–88-ci illərdə kondensləşdirilmiş texniki propan-butanla (АСКТ) işləyən Ми-8ТГ vertolyotu sınaqdan keçirilmişdi. Hər hansı bir təyyarə mühərriyi onun üçün güc, iş rejiminin dövrlərin artmasına yönəlmiş dəyişmə müddəti, etibarlılıq, resurs üzrə tələb olunan parametrləri təmin edə bilən müəyyən yanacaq növü üçün nəzərdə tutulmuşdur. Təyyarə mühərriklərində həmçinin yanacağın tövsiyə olunan analoqlarından istifadə etmək olar, bu halda, bir qayda olaraq, mühərriyin istifadəsinə məhdudiyyət qoyulur. Qeyd etmək lazımdır ki, aviasiya yanacaqları yalnız aviasiya texnologiyasında istifadə olunmur.
Aviasiya benzinləri
redaktəAviasiya benzininin əsas keyfiyyət göstəriciləri:
redaktə- detonasiyaya davamlılıq (detonasiya alovlanması əmələ gətirmədən işçi qarışığın yüksək sıxılma dərəcəsi olan mühərriklərdə benzinin yararlı olmasını müəyyən edir)
- Fraksiya tərkibi (benzinin buxarlanmasını göstərir, bu da onun işçi yanacaq-hava qarışığı əmələ gətirmə qabiliyyətini təyin etmək üçün çox vacibdir; qaynama temperaturu diapozonu (40–180°С) və doymuş buxarların təzyiqi ilə xarakterizə olunur (29–48 kpа))
- Kimyəvi sabitlik (saxlanma, nəql və tətbiq zamanı kimyəvi tərkibin dəyişməsinə davamlılıq)
Aviasiya benzini istehsalı
redaktəAviasiya benzini istehsalının əsas üsulu neftin birbaşa qovulması, yüksək keyfiyyətli komponentlər, etil mayesi və müxtəlif aşqarların əlavə edilməsi və ya edilməməsi ilə katalitik krekinqi və ya riforminqidir.
Aviasiya benzinlərinin təsnifatı
redaktəAviasiya benzinlərinin təsnifatı oktan ədədləri və növ vahidləri ilə ifadə edilən antidetonasiya xüsusiyyətlərinə əsaslanır. Aviasiya benzinləri tək oktan ədədi ilə də göstərilir (məsələn, B-70). Aviasiya benzinlərinin əsas tətbiq sahəsi porşenli mühərriklər üçün yanacaq olmasıdır. Benzin B-70 Ty-16 (RD-3M) və Ty-22 təyyarələrinin mühərriklərində istifadə olunurdu. Hal-hazırda o, avadanlığa texniki baxış zamanı həlledici kimi istifadə olunur.
Reaktiv yanacaqları
redaktəKerosin, əsasən, 200–300°С temperatur intervalında qaynayan neft fraksiyasıdır. Reaktiv yanacağı – aviasiya reaktiv mühərrikləri üçün yanacaq, bir qayda olaraq, azkükürdlü (məsələn, Т-1) və kükürdlü (ТС-1) neftlərdən birbaşa qovulma yolu ilə alınan kerosin fraksiyalarıdır. Hazırda birbaşa qovulan aviasiya yanacağı azdır, hidrotəmizləmə və aşqarların əlavə edilməsi üsullarından geniş istifadə olunur. Kerosin məişətdə soba və motor yanacağı, lak və boyalar üçün həlledici kimi istifadə olunur. Reaktiv yanacağı mülki və hərbi aviasiyanın təyyarə və vertolyotlarının qaz-turbin mühərrikləri üçün yanacaq kimi istifadə olunur və bundan əlavə, yanacaq təyyarədə istilik daşıyıcısı və ya soyuducu agent (yanacaq-hava və yanacaq-yağ radiatoru) və hidravlik sistemlər üçün işçi maye kimi istifadə edilə bilər. Həmçinin, reaktiv yanacağı təyyarələrə texniki baxış, çirklənmələrin təmizlənməsi (məsələn, ultrasəs aparatında filtrlərin təmizlənməsində aviakerosin işçi maye kimi istifadə olunur) zamanı həlledici kimi istifadə olunur. Aviasiya reaktiv yanacağı ümumilikdə 8 keyfiyyətə nəzarət mərhələsindən keçir. Reaktiv yanacaqları üçün əsas keyfiyyət göstəriciləri aşağıdakılardır:
- Kütlə və həcm yanma istiliyi
- Yanacağın termostabilliyi
- Doymuş buxarların təzyiqi
- Kinematik özlülük
- Quraşdırma və kipləşdirmə materialları ilə uyğunluq
- Çöküntü əmələ gətirmə və yeyilməyə qarşı xassələr
- Elektrik keçiriciliyi
- Kükürdlülük
- Türşülüq
Reaktiv yanacaqları, əsasən, 140–280С°-də qovulan (liqroin-kerosin) neftin orta distillə olunmuş fraksiyalarından alınır. Reaktiv yanacaqlarının geniş fraksiyalı növləri neftin benzin fraksiyalarının təkrar emala cəlb olunması ilə hazırlanır. Reaktiv yanacaqlarının bəzi növlərini (Т-8В, Т-6) almaq üçün xammal olaraq vakuum qazoylu və neftin təkrar emalı məhsullarından istifadə olunur. Reaktiv yanacaqlarının tərkibcə 96–99%-i üç əsas qrup karbohidrogenlərindən ibarətdir:
- parafin
- naften
- aromatik
Reaktiv yanacaqlarında karbohidrogenlərdən başqa az miqdarda kükürdlü, oksigenli, azotlu, metal-üzvi birləşmələr və qətranlı maddələr var. Onların miqdarı müəyyən standartlarla tənzimlənir. Sovet aviatexnikasından istifadə edən Rusiyada və MDB ölkələrində aviasiya yanacağının aşağıdakı növlərindən istifadə olunur:
- ТС-1 (ГОСТ 10227–86) neftin birbaşa qovulma fraksiyasıdır (150–250С°), və ya birbaşa qovulma və hidrotəmizlənmə fraksiyalarının qarışığıdır (əsas məhdudiyyət ümumi kükürd və merkaptan kükürdünün 0,2% və 0,003%-dən çox olmamasıdır). RF və keçmiş postsovet məkanında ən geniş yayılmış növdür, bütün keçmiş turboreaktiv mühərriklər üçün nəzərdə tutulmuşdur. Xüsusiyyətlərinə və tətbiq sahəsinə görə xarici kerosin Jet-A-ya uyğun gəlir. РТ yanacağına görə ehtiyat yanacaqdır.
- РТ yüksəkkeyfiyyətli yanacaq, tam hidrotəmizləmə keçmiş neft fraksiyası (135–280С°). Kükürdün miqdarı: ümumi — 0,1%, merkaptan— 0,001 %. Hidrokrekinqə görə yanacaq "qurudur", yəni yağlayıcı xassələri zəifdir. İstehsal prosesində ona oksidləşməyə və yeyilməyə qarşı aşqarlar əlavə edilir. Су-27, Ту-22М3 kimi turboreaktiv təyyarələr üçün nəzərdə tutulmuşdur, həmçinin ТС-1 yanacağının ehtiyatı kimi qəbul olunur.
- Т-6 и Т-8В reaktiv yanacaqları bəzi səsdən sürətli təyyarələrin (məsələn, МиГ-25) mühərrikləri üçün nəzərdə tutulmuşdur. Hirotəmizləmə və aşqarların daxil edilməsi ilə mürəkkəb texnologiya üzrə yalnız RF Müdafiə Nazriliyinin ehtiyacları üçün istehsal olunur.
Mənbə
redaktə- Энциклопедия техники (http://dic.academic.ru/dic.nsf/enc_tech/3638/Топливо)