Avet Avetisyan - Wikipedia
Avet Markosoviç Avetisyan (rus. Аве́т Маркосо́вич Аветися́н; əsl soyadı Voskanyan; 12 (24) noyabr 1897[1], Tiflis[1] – 29 mart 1971[1], İrəvan[1]) — Ermənistan-sovet aktyoru, SSRİ xalq artisti.[2]
Avet Avetisyan | |
---|---|
erm. Ավետ Մարկոսի Ավետիսյան | |
Doğum adı | Ավետ Մարկոսի Ոսկանյան |
Doğum tarixi | 12 (24) noyabr 1897[1] |
Doğum yeri | |
Vəfat tarixi | 29 mart 1971[1] (73 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1917-ci ildən |
Təhsili | |
Teatr | |
Mükafatları |
|
Həyatı
redaktəAvet Markosoviç Avetisyan 25 noyabr 1897-ci ildə Rusiya imperiyasının bir hissəsi olan Tiflis şəhərində anadan olmuşdur. O, 1922-ci ildən İrəvanda yerləşən Qabriel Sundukyan adına teatrın yaradıcılarından olmuşdur. Avetisyanın yaratdığı obrazlarda milli xüsusiyyətlər və yumor güclüdür. Əsas rolları: Zambaxov ("Xatabala", Qabriel Sundukyan), Saqatel ("Şərəf naminə", Aleksandr Şirvanzadə), Balabəy ("Təcrübə tarlası", Nairi Zaryan), Kuligin ("Tufan", Aleksandr Ostrovski), Dostiqayev ("Dostiqayev və başqaları", Maksim Qorki). 1926-cı ildən kinoya çəkilmişdir ("Pepo", "Zəngəzur" və s.). O, 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Avetisyan 29 mart 1971-ci ildə Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində vəfat etmişdir.[2]
Təltif və mükafatlar
redaktəAvet Avetisyan 1941-ci ildə SSRİ Dövlət mükafatına, 1962-ci ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür. O həmçinin, "Lenin" ordeni, 3 başqa orden, həmçinn medallarla təltif edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 3 Аветисјан Авет Маркосович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 36.
Əlavə ədəbiyyat
redaktə- Вельтман С. Л., Авет Аветисян (Москва, 1939)