Avengers In Galactic Storm - Wikipedia
Avengers in Galactic Storm (yap. アベンジャーズ・イン・ギャラクティックストーム, azərb. Qısasçılar qalaktik qasırğada) — "DataEast" tərəfindən 1995-ci ildə hazırlanan və nəşr edilən və faytinq janrında olan ikiölçülü arkada oyunu. Oyunda birnəfərli və ikinəfərli hekayə modu və çoxnəfərli baş-başa modu var. Bu, köməkçi personajları olan ilk müasir faytinq oyunu idi. Bu personajlar oyunçular arasında "hücumçular" adlandırılırdı. Oyun "Marvel Comics" tərəfindən yaradılan "Qisasçılar" və "Krii" personajlarına əsaslanır. Oyunun süjeti və personajları "Qisasçılar"ın Şi'ar və Krii irqləri arasında baş verən qalaktikalararası bir müharibəyə müdaxilə etməsində bəhs edən "Operation: Galactic Storm" hekayə arkına əsaslanır. Bu, 2003-cü ildə bankrot olan "DataEast" şirkətinin son faytinq oyunlarından biri idi.
Avengers in Galactic Storm | |
---|---|
| |
Hazırlayan | DateEast |
Yayımlayan | DataEast |
Buraxılış tarixi |
1995 1996 |
Janrlar | Qarşı-qarşıya döyüş oyunu |
Dizaynerlər | İvao Horita |
Bəstəkarlar | Şoko Sakay |
Texniki məlumat | |
Platformalar | Arkada oyunu |
Oyun rejimləri |
Birnəfərli oyun İkinəfərli oyun İkinəfərli ko-op |
İdarəetmə |
Klaviatura və siçan geympad |
Displey | Rastr, 320 x 240 piksel, 4096 rəng |
Arkada platforması | Data East MLC sistem vasitəsi |
Prosessor | SH2 |
Səs | YMZ280B |
26 fevral 1996-cı il tarixində "Pony Canyon" və "Scitron Label" şirkətləri "Avengers in Galactic Storm" və başqa bir "DataEast" oyunu olan "Skull Fang"in fon musiqilərini "Skull Fang / Avengers in Galactic Storm" adlı bir albomda çıxarmışdır. Albom Yaponiyaya ekskluziv idi.
Geympley
redaktə"Avengers in Galactic Storm" əsasən kosmos-mövzuludur və həmin dövrdə çıxan ikiölçülü faytinq oyunlarına bənzər bir geympleyə malikdir. Oyunun geympleyinin təməli oyunçu personajın təknəfərli bir turnirdə rəqiblərinə (kompüter və ya başqa bir oyunçu) qarşı "üçdə iki" matç sistemiylə döyüşməsidir. Oyunun personaj siyahısında 8 oyunçu personaj (hər tərəfdə 4 oyunçu personaj) var. Bu personajların hər birinin özünə məxsus döyüş hərəkətlərin və üslubları var. "Avengers in Galactic Storm"un həmin dövrdə çıxan digər faytinq oyunlarından olan əsas fərqi, oyunda köməkçi personaj siyahısının olmasıdır. Oyunçular seçdiyi rejimə başlamazdan əvvəl həm oyunçu personaj, həm də köməkçi personaj seçə bilər.[1] Oyunda, ekranın yuxarı hissəsində üç sayğac var – sağlamlıq, güc və köməkçi. Sağlamlıq sayğacı tamamilə boşalsa həmin personaj oyundan çıxır. Güc sayğacı tam dolsa həmin personaj xüsusi döyüş hərəkəti icra edə bilər. İki köməkçi sayğacından biri tam dolsa həmin personaj öz köməkçi personajını rəqibinə tez bir şəkildə hücum etməsi üçün çağıra bilər.
Oyunda iki rejim var – "Hekayə rejimi" (ing. Story Mode) və "qarşı-qarşıya rejim" (ing. VS Mode). "Hekayə rejimi"ni seçəndən sonra oyunçu iki "Oyun-ortası iştirakçı"sından (ing. Mid-Game Participant) birini seçməlidir. Bu, ya "Dost (Komanda yoldaşı)", ya da "Düşmən (Rəqib)"dir. Oyunçu rejim boyu rəqiblərlə tək döyüşə və yaxud ikinci bir oyunçu ilə komanda qura bilər. Bu rejimin əsas hədəfi "Operation: Galactic Storm" hekayə arkında müvafiq olaraq göstərilən personajları oyundan çıxarmaqdır. Hər oyunçunun iki canı olur. Rejim tamamlananda oyun oyunçulara əvvəl döyüşdükləri personajlarla yenidən, ancaq bu dəfə ixtiyari qaydada döyüşdürür. İki oyunçu birlikdə komanda quran zaman oyunçuların ikisinin də güc sayğacları doludusa, onlardan biri "ikiqat-güclü tandem hərəkəti"ni yarada bilər. "Qarşı-qarşıya rejim" çoxnəfərli ikiölçülü faytinq oyunlarına bənzəyir. Burada iki oyunçu bir-birlərinə qarşı döyüşürlər.
Süjet
redaktəPersonajlar
redaktəOyunçu personajlar
redaktə- Qisasçılar:
- Krii:
- Təqibçi Korat
- Doktor Minerva
- Şatteraks
- Supremor
- Qalen Kor (qeyri-oyunçu boss)
Köməkçi personajar
redaktə- Qisasçılar:
- Krii:
Qəbul
redaktə"Computer and Video Games" oyunu "DataEast" şirkətinin əvvəlki qarşı-qarşıya faytinq oyunu olan "Fighter's History"dən daha yaxşı olduğunu demişdir. Onlar üçölçülü göstərilmiş qrafikaların "Killer Instinct" videooyunundakı kimi yaxşı, ancaq arxaplanı "tamamilə yastı" adlandırmışdılar. Jurnal oyunun "nə pis, nə də əla" olduğunu demişdir.[2] "Next Generation" jurnalının bir rəyçisi "Qisasçılar" lisenziyasına, yenilikçi köməkçi personaj mexanikası və qrafikalarına baxmayaraq, "Qolflend"də "Street Fighter Alpha 2" kabinetində basabas olduğunu, ancaq "Avengers in Galactic Storm" kabinetində bir insanı belə görmədiyini demişdir. O, bütün cəlbedici "zəng və fitlər"inə baxmayaraq, oyunun bazardakı yeni və görkəmli faytinq oyunlarıyla rəqabət apara bilməməsinin səbəbinin oyunun sadəcə orta dərəcəli geympleyi və personaj animasiyaları olduğunu demişdir. O, oyuna 2/5 ulduz vermişdir.[3]
İstinadlar
redaktə- ↑ "Marvel Comics Avengers in Galactic Storm". Next Generation. Imagine Media (13): 135. yanvar 1996.
- ↑ "Avengers in Galactic Storm." Computer and Video Games. may 1996. səh.10
- ↑ "Avengers in Galactic Storm". Next Generation. No. 17. Imagine Media. 1 may 1996. 101 və 104.
Xarici keçidlər
redaktə- Avengers in Galactic Storm "Killer List of Videogames" saytında
- Avengers in Galactic Storm "Arcade History" saytında
- Avengers in Galactic Storm "Giant Bomb" saytında