Avaxil - Wikipedia
Avaxıl — Azərbaycan Respublikasının Şamaxı rayonunun Avaxıl inzibati ərazi vahidində kənd.
Avaxil | |
---|---|
40°48′00″ şm. e. 48°33′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şamaxı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.368 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 430 nəfər |
Avaxıl çayın (Ağsu çayın mənbəyi) sahilindədir. Yaşayış məntəqəsinin adı ərazisindəki mineral bulağın adından goturulub[1].Yerli toponimikada bu adın hava axan, havası bol olan yer və s.mənada izahları vardır.
Mədəniyyəti
redaktəKənddə XIX əsrə aid məscid binası və hələ tam öyrənilməmiş qədim qəbristanlıqlar, o cümlədən Ömər Soltan Xəlvəti Avaxıli[2], Əhməd Rəvanı, qəbristanlıqları və Pir Qulu, Murad piri, Feyzulla piri, Alçalı pir, Pir Hüseyn, Pir Hacı, Dünya nənə və b. ziyarətgahlar mövcuddur.[3] Ümumiyyətlə kənd ərazisinin bəzi yerlərindən saxsı qırıqları, saxsı kəhrizlərə və başqa maraq doğuran tapıntılara rast gəlinsə də heç zaman tarixi-arxeoloji tədqiqatlar aparılmamışdır.
Coğrafiyası və iqlimi
redaktəKənd dəniz səviyyəsindən 1.386 metr hündürlükdə, rayonun inzibati mərkəzi Şamaxı şəhərindən 29 km uzaqlıqda yerləşir.[3] Kənd Qabandağ silsiləsinin ətəyində Yekəqurşaqlı və Hallacı aşırımlarının arasında yerləşir. Ərazisində onlarla şirin su mənbələri , gözəl səfalı bulaqlar, o cümlədən müalicəvi əhəmiyyətli "İlisu" suyu vardır. Şamaxı rayonunun ən böyük şirin su mənbələrindən olan Qırxbulaq, Qoşabulaq, Kamil bulağı, Buzbulaq, Şıxbulağı, Nehrə bulağı, Şaqqulu bulaq, Əzgilli bulaq, Avaxıl bulağı, Böyük bulaq, İlisu, Kötüklü, Şirəli bulaq,Cəfər bulağı, Qaraçöhrə bulağı,Sərçə bulağı və bundan savayı onlarla şirin su mənbələri mövcuddur.
Avaxıl ərazisində maraq doğuran və gümanki təhrif olunaraq dəyişilmiş toponimlər - Mecbil, Aşağı yer, Çərşümə, Süpbiçən, Siyadahar, Kəlaxar, Araxçın, Gorxana, kimi ərazilər qədim yaşayış izləri olan məskənlər kimi tanınır.
Əhalisi
redaktəKənd Avaxıl kənd inzibati-ərazi dairəsinə daxildir.[3] Ev sahiblərinin sayı 85, Kənd əhalisi 430 nəfərdir ki, onunda 211 nəfəri kişi, 219 nəfəri isə qadınlar təşkil edir.[3] Avaxıl kəndinin əhalisi azərbaycanlılardan ibarətdir.
İqtisadiyyatı
redaktəKeçmiş 3 ildə kəndə 5.000 turist gəlmişdir.[3] Kəndə 24 saat elektrik enerjisi verilir.[3] Kənd ərazisində "QOŞABULAQ" ,"Fortuna" ,"Qızıldaş", "Dağlar qoynunda" və başqa bir çox istirahət mərkəzləri mövcuddur.
Şəkilləri
redaktə-
Ümumi görünüşü
-
Məktəb
-
Avaxıl bələdiyyəsi
-
"Dağlar qoynunda" Ailəvi İstirahət Mərkəzi
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.88
- ↑ "İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olub". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26.
- ↑ 1 2 3 4 5 6 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi: Kəndlər haqqında məlumat: Şamaxı rayonu haqqında məlumat
Xarici keçidlər
redaktə Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |