Atsusi Nakacima - Wikipedia
Atsuşi Nakacima (中島敦?, 5 may 1909[1][2] – 4 dekabr 1942[1][2]) – Yaponiya yazıçısı.
Atsuşi Nakacima | |
---|---|
yap. 中島 敦 | |
Doğum tarixi | |
Doğum yeri | Tokio, Yaponiya imperiyası |
Vəfat tarixi | 4 dekabr 1942[1][2] (33 yaşında) |
Vəfat yeri | 4.12.1942 |
Vəfat səbəbi | bronxial astma |
Dəfn yeri |
|
Milliyyəti | yapon |
Təhsili |
|
Fəaliyyəti | romançı, yazıçı |
Əsərlərinin dili | yaponca |
İstiqamət | qısa hekayələr, roman |
Tanınmış əsərləri | "İşıq, külək və arzular" |
Atsuşi Nakacima Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAtsuşi Nakacima Yaponiyanın paytaxtı Tokio şəhərində 5 may 1909-cu ildə anadan olmuşdur. Atası klassik Çin dilində ixtisaslaşmış mütəxəssis idi və həvəsini oğluna da ötürmüşdü. Nakacima uzaq tarixdə baş verən poetik qısa hekayələrə görə tanınır.
Nakacima 1941-ci ildə yapon dili müəllimi kimi Palauya göndərilmiş, lakin şiddətli bronxial astmadan əziyyət çəkdiyi üçün 1942-ci ildə Yaponiyaya dönmüşdür. 4 dekabr 1942-ci ildə pnevmoniyadan vəfat etmişdir. Əsas əsərləri Robert Stevensonun həyatından bəhs edən "İşıq, külək və arzular" romanı və Mikroneziya haqqında mübahisəli qısa hekayələrdir. Qısa hekayələrindən ibarət olan "Dağlar üzərində ay" əsəri Pol Makkarti və Nobuko Oçner tərəfindən ingilis dilinə tərcümə edilmişdir.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 中島敦 // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 3 Nakajima Atsushi // Babelio (fr.). 2007.
- ↑ Cozy, David. "Legends of the Middle Kingdom - The Japan Times". The Japan Times. 29 May 2011. 21 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2018.
Xarici keçidlər
redaktə- J'Lit | Müəlliflər : Atsuşi Nakacima | Yaponiyadan kitablar (ing.)
- Əsərləri və ya müəllifi olduğu işlər: Atsuşi Nakacima İnternet arxivində
- Atsuşi Nakacima tərəfindən əsərlər LibriVox-da (açıq audi-kitablar)