Ataturk Ve Qurtulus Savasi Muzeyi - Wikipedia
Atatürk və Qurtuluş Savaşı Muzeyi və ya Anıtqəbir Atatürk və Qurtuluş Savaşı Muzeyi türk. Atatürk ve Kurtuluş Savaşı Müzesi) — Anıtqəbirdə yerləşən muzey 3 min m² ərazini əhatə edir və Türk Qurtuluş Savaşı və Mustafa Kamal Paşaya həsr olunub. Muzey 21 iyun 1960-cı ildə Anıtqəbirdə Atatürkün məqbərəsinin yerləşdiyi Şərəf Zalının altındakı 3 min kvadratmetrlik sütunlu sahədə ziyarətçilərin ixtiyarına verilib.[1]
Atatürk və Qurtuluş Savaşı Muzeyi | |
---|---|
türk. Atatürk ve Kurtuluş Savaşı Müzesi) | |
Əsası qoyulub | 21 iyun 1960 |
Yenidən təşkil olunub | 26 avqust 2002 |
Mövzu | Tarix |
Ölkə | |
Yerləşir | Çanqaya |
Kolleksiyası | Atatürkün şəxsi əşyaları, Atatürk Şəxsi Kitabxanası, Atatürkün heykəli və Foks adlı itinin mumyalanmış cəsədi, Türk Qurtuluş Müharibəsinin panoramları, klassik avtomobillər, döyüşlərdə istifadə edilən silahlar, toplar və güllələr |
Muzeyə yetişmək | A1, Anadolu/Anıtkabir metro stansiyası |
İş rejimi | 09:00–17:00 |
Bilet | ödənişsiz |
39°55′30″ şm. e. 32°50′12″ ş. u.HGYO | |
tsk.mil.tr/Anitkabir/ata… | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin Misak-ı Milli (Milli Pakt) Qülləsi ilə İnqilab Qülləsi arasında yerləşən hissəsi 1960-cı ildən “Atatürk Muzeyi” kimi fəaliyyət göstərir. Bu bölmə 2001-ci ilin noyabrında başlayan və Böyük Hücumun 80-ci ildönümündə 9 aylıq təmirdən sonra yeni bölmələrlə birləşdirildi. Beləliklə muzey restavrasiya və yeniləndikdən sonra 26 avqust 2002-ci ildə yenidən ziyarətçilərin üzünə açılıb. Açılış mərasimində Türkiyənin o vaxtkı prezidenti Əhməd Necdət Sezər, Türkiyə parlamentinin sədri Ömər İzgi, Türkiyənin baş naziri Bülənt Ecevit, Türkiyə Konstitusiya Məhkəməsinin sədri Mustafa Bumin, Konstitusiya Məhkəməsinin sədri Mustafa Bumin, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi Hüseyn Kıvrıqoğlu, Baş nazirin müavini Dövlət Baxçalı, Türkiyənin Müdafiə naziri Sabahattin Çakmakoğlu, Türkiyənin mədəniyyət naziri Burhan Suat Çağlayan, keçmiş mədəniyyət naziri Mustafa İstemihan Talay və bir sıra ölkələrin səfirləri iştirak ediblər. Muzey o zamankı Baş Qərargah rəisi Hüseyn Kıvrıqoğlunun göstərişi ilə retevrasiya olunub və Baş Qərargahın sənət müşaviri Mehmet Özelin rəhbərliyi altında yenilənib.
Ekspozisiya
redaktəAnıtqəbir Layihə Müsabiqəsinin şərtlərinə uyğun olaraq Misaki-Milli və İnqlab qüllələri arasındakı hissə muzey olaraq müəyyən edilmişdir. Bu məqsədlə 21 iyun 1960-cı ildə Anıtqəbir Atatürk Muzeyi açılmışdır.[2]
Muzeyin 4 sərgi salonu var. Birincisi Atatürkün şəxsi əşyaları qorunan yerdir. Burada Atatürkün heykəli sərgilənir.[3] Həmçinin onun istifadə etdiyi əşyalar, ona hədiyyə edilmiş əşyalar və onun geyimlərdə ekspozisiyaya daxidir. İkinci ekspozisiya Çanaqqala əməliyyatının quruda və dənizdə döyüş panoramalarıdır. Üçüncü ekspozisiya Sakarya döyüşünün və Böyük Hücumun panoramalarıdır. Dördüncü ekspozisiyada türk inqilabının fotoşəkilləri və mətn təsvirləridir.
Birinci hissədə Atatürkün iti Foksun mumdan düzəldilmiş heykəli də var. [4]
İkinci və üçüncü hissədə isə Qurtuluş Savaşı və ondan sonrakı Türkiyə Cümhuriyyəti illərindən Atatürkün ölümünə qədər olan üçölçülü döyüş yenidənqurma panoramaları var.[5] Hərbi fəaliyyət ab-havasını çatdırmaq üçün zallarda silahlar, mərmi gilizləri, qaya parçaları, öküz arabaları, toplar, yanmış təkərlər, eləcə də səs və video effektləri kimi eksponatlar nümayiş etdirilir. Burada o dövrlərə aid 3000-dən çox fotoşəkil, həmçinin türk hərbi komandirlərinin portretləri təqdim olunur. Onun ssenarisini məşhur türk rejissoru Tarqat Özakman, musiqisini isə bəstəkar Muammer Sun yazıb. Həmin müharibənin aşağıdakı 20 məşhur türk hərbi qəhrəmanının qısa tərcümeyi-halını əks etdirən bürünc büstlər də var.[6]
Bundan başqa, muzeydə Atatürkün medal və nişanları, mənəvi övladları A. Afət İnan, Ruqiyyə Erkin, Səbihə Göyçənin muzeyə hədiyyə etdikləri Atatürkə aid əşyalar da sərgilənir. Türk ordusu Baş Qərargahı tərəfindən yenilənən və yeni bölümlər əlavə edilən muzey Atatürk və Qurtuluş Savaşı Muzeyi adını almış və 26 avqust 2002-ci ildə (Dumlupınar döyüşünün 80-ci ildönümü) yenidən ziyarətə açılmışdır. Yeni düzənləmədən sonra Atatürk mavzoleyinin altındakı 3000 kv 2-lik ərazi də muzeyə daxil edilmişdir. Prezidentlərin dəfni üçün ayrılmış, lakin istifadə edilməmiş hissə sərgi ərazisi kimi istifadə olunmuşdur. Yeni nölmələrin də əlavə edilməsindən sonra muzey təkcə Atatürkə aid əşyaların sərgiləndiyi deyil, həm də Çanaqqala döyüşü və Qurtuluş Savaşının canlandırıldığı bir muzey halına gətirilmişdir.[7]
Muzeyin çıxışında Atatürkün doğulduğu evin, ilk parlament binasının, Hərbi Akademiyanın maketləri, Turan Erolun Çanaqqala döyüşlərindən bir hissəni əks etdirən böyük tablosu, Atatürkün müxtəlif fotoşəkilləri var.
Müzedəki panoramalar
redaktəMüzeydə dünyada bənzəri olmayan üç panorama nümayiş etdirilir. Birincisi 6x40 metr böyüklüyündəki Çanaqqala Quru və Dəniz Döyüşləri panoraması, ikincisi 7x30 metr ölçüdə Sakarya Meydanı Döyüş panoraması və üçüncüsü 7x30 metr həcmində Böyük Hücum panoramasıdır. Bu panoramalar və muzeydəki nəhəng rəsmlər Aydın Erkmenin rəhbərliyi altında 12 rus rəssamı tərəfindən hazırlanıb.
Panoramaların yaradılması üçün Turqut Özakmanın yazdığı ssenari əsasında Qurtuluş döyüşlərinin getdiyi ərazilərdə əlavələrdən istifadə edilərək 14 min kadr fotoşəkil çəkilib və bu fotoşəkillərdən istifadə etməklə eskizlər hazırlanıb. Aydın Erkmen panoramaların eskizlərini çəkib. Rəngli eskizlər isə Rusiyada hazırlanıb. Rusiya və Hollandiyanın böyük rəsm studiyalarında bütövlükdə nəhəng panoramalar hazırlanıb. Belə ki, panoramalar silindrlərə yuvarlanaraq təyyarə ilə Ankaraya aparılıb, daha sonra yük maşınları ilə hava limanından Anıtqəbirə gətirilib. Silindrlər xüsusi dəzgahla açılaraq bazaya bərkidilib, əsərlərin zədələnmiş hissələri isə rəssamlar tərəfindən 20 gün ərzində işlənərək yenilənib.
Atatürk Şəxsi Kitabxanası
redaktəMuzeyin nəzdində yaradılan Atatürk Şəxsi Kitabxanası 26 iyun 2005-ci ildə keçirilən mərasimlə açılıb. Atatürkə aid 3 min 123 kitabın sərgiləndiyi kitabxana ziyarətçilərin kitablara kompüterdən daxil olması üçün nəzərdə tutulub. Ziyarətçilər kitablar haqqında məlumatı sensor ekranlı məlumat cihazları vasitəsilə əldə edə bilərlər. Kitabxana həm də ziyarətçilərə Atatürkün fikir həyatını təşkil edən kitablar haqqında məlumat əldə etmək, onun oxuduğu və vurğuladığı kitabları araşdırmaq imkanı verir.
Atatürk, Milli mübarizə və inqlablar mövzulu türk və xarici dillərdə olan kitabların toplandığı ixtisas kitabxanası həftəiçi 09:00–12:30/13:30–17:00 arasında fəaliyyət göstərir.[8]
Qalereya
redaktə-
Atatürkün nəşini aparan top arabası
-
Muzeydəki relyeflərdən biri
-
Muzeydəki relyeflərdən biri
-
Muzeydəki relyeflərdən biri
-
Muzeydəki relyeflərdən biri
-
Muzeydəki relyeflərdən biri
-
Muzeydəki relyeflərdən biri
-
Muzeydəki relyeflərdən biri
-
Muzeydəki relyeflərdən biri
-
Muzeydəki relyeflərdən biri
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-01.
- ↑ "Arxivlənmiş surət". 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ "Arxivlənmiş surət". 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ "Arxivlənmiş surət". 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ "Arxivlənmiş surət". 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ "Arxivlənmiş surət". 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ "Arxivlənmiş surət". 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ Önder, Mehmet (1999) (Türkçe). Türkiye Müzeleri. Ankara: Türkiye İş Bankası. s. 69. ISBN 975-458-044-8.
Ədəbiyyat
redaktə- Yozgatlı, Hüseyin; Ulualp, Ayşegül, (Ed.) (1994). Anıtkabir Anıtkabir Müzesi. Ankara: Anıtkabir Komutanlığı.