Atalar Film 1983 - Wikipedia
Atalar (fr. Les Compères) — 1983-cü ildə komediya janrında çəkilmiş Fransa istehsalı olan film. Rejisorun və yazarın Fransis Veberin olduğu bu filmdə həmçinin Jerard Depardye, Pyer Rişard və Anny Duperey kimi məşhur fransız aktyorları da rol almışdır. Les Comperes, 1997-ci ildə Amerikada "Atalar günü" olaraq yenidən səhnələndirilmişdir.
Atalar | |
---|---|
fr. Les Compères | |
Janr | komediya filmi[1], baddi-film[d] |
Rejissor | |
Prodüser | |
Ssenari müəllifi | |
Baş rollarda |
|
Bəstəkar |
|
Distribütor | Netflix |
İlk baxış tarixi | 1983, 19 oktyabr 1984[4] |
Müddət | 92 dəq. |
Ölkə | |
Dil | fransız dili |
Əvvəlki film | Uğursuzlar (film, 1981) |
Rəng | rəngli |
IMDb | ID0085354 |
Məzmun
redaktəGünlərin birində yeniyetmə evdən qaçır və ailəsi onu axtarmağa başlayır. Övladını tapmaqda çətinlik çəkdiyini görən ana, hamiləlik başlanğıcında sevgilisi olduğu iki adamı taparaq onlara hadisəni izah edir və yeniyetmənin atasının məhz onlar olduğuna inandırmağa çalışır. Beləliklə onlarla ayrı ayrı vaxtlarda görüşərək övladını tapmalarına köməklik göstərmələrini istəyir. Eks-sevgililərdən biri (Depardye) Mafiyalarla bağlı araşdırma aparan cüssəli jurnalist, digəri isə (Rişard) telefon zəngini alana qədər sui-qəsd haqqında fikirləşən və major depressiyada olan köhnə müəllimdir. Bu ikili yeniyetmənin birlikdə qaçdığı qızın atasının iş yerinə gedərək məlumat almaq istəyən zaman təsadüfən tanış olur və axtarışlara bərabər davam etməyə qərar alırlar. Nəticədə yeniyetmə uzun axtarışlardan sonra tapılır və hər iki tərəfə də ayrılıqda onun atası olduğunu izah edərək hər iki tərəfin qəlbini alır. Bundan əlavə küsülü olduğu həqiqi atası ilə əlaqə saxlayaraq onunla da barışır.
Rollarda
redaktə- Pyer Rişar — Francois Pignon
- Jerar Depardye — Jean Lucas
- Anny Duperey — Christine
- Michel Aumont — Paul
- Stephane Bierry — Tristan
- Roland Blanche — Jeannot
- Philippe Khorsand — Milan
- Jean-Jacques Scheffer — Ralph