Astara Mahali - Wikipedia
Astara mahalı — Talış xanlığının mahallarından biri.
Mahal | |
Astara mahalı | |
---|---|
Ölkə | Talış xanlığı |
İnzibati mərkəz | Astara |
Tarixi və coğrafiyası | |
Ləğv edilib |
10 fevral 1828 Türkmənçay müqaviləsi |
Əhalisi | |
Rəsmi dili |
Farsca Talışca |
Mahal cənubdan Qorqanrud mahalı, şərqdən Xəzər dənizi, qərbdən isə Vilgic mahalı ilə həmsərhəd idi. Qədim sərhədləri Hilevənd[a] kəndindən Buta[b] kəndinə qədər uzanırdı.[1][2] Şimaldan isə qonşu Çayiçi Lənkəran mahalı ilə əhatələnmişdi. Burada yaşayan talışların bir böyük qismi sünni, bir qismi isə şiə idi.[3] Astara mahalı 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində Qacar Iran-imperiyası ilə Rusiya imperiyası arasında imzalanmış Türkmənçay müqaviləsi ilə iki hissəyə bölünmüşdür. Şimalda qalan ərazi Astara rayonu adı ilə Azərbaycan, cənubda qalan hissəsi isə eyni adla Gilan ostanının tərkibindədir. Hazırda Lənkəran və Lerik rayonlarının tərkibində olan Alazəpin, Biləsər, Tüli və Coni kəndləri qədim Astara mahalının tərkibində olmuşlar.[3][4][5][6][7][8][9][10]
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ Mir Mustafa xan. Firudin Nurullabəyli. Bakı, 2007
- ↑ Списки населенных мест Российской империи. Бакинская губерния. Т.65. Тифлис, 1870
- ↑ 1 2 İldırım Şükürzadə. "Bu xanlığın tərkibindəki mahalların sərhədlərini bilirsinizmi?" (az.). araz.az. 07.04.2018. 14.05.2021 tarixində arxivləşdirilib.
- ↑ İldırım Şükürzadə. "Talış xanlığı" (az.). avestatalysh.com. 19.04.2018. 14.05.2021 tarixində arxivləşdirilib.
- ↑ "Talış tarixi haqqında məlumatlar" (az.). ambur.az. 22.02.2017. 14.05.2021 tarixində arxivləşdirilib.
- ↑ Vahid Ömərov. "Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti illərində SSRİ-İran əməkdaşlığı çərçivəsində Cənubi Azərbaycan məsələsinə diqqət verməsi" (az.). anl.az. 02.04.2013. 2022-03-28 tarixində arxivləşdirilib.
- ↑ Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. "Əxbərnamə" (PDF) (az.). elibrary.bsu.edu.az. 14.06.2021 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Azərbaycan Tarixi" (PDF) (az.). anl.az. 14.06.2021 tarixində arxivləşdirilib (PDF).
- ↑ Ələsgər Mirzəzadə. "Tarix və Zaman" (PDF) (az.). anl.az. 2017. 14.06.2021 tarixində arxivləşdirilib (PDF).
- ↑ Tural Həmid. "Azərbaycan talışları" (az.). azlogos.eu. 27.01.2021. 14.06.2021 tarixində arxivləşdirilib.