Assal Golu - Wikipedia
Assal — Cibutinin mərkəzində yerləşən, axarsız ,krater gölü. Göl dəniz səviyyəsindən 155 m aşağıda Afar ovalığında yerləşir. Göl Afrikanın ən alçaq nöqtəsidir.[1] Gölün 20–40 m dərinlikdə su duzluluğu 35 ‰ təşkil edir ki, bununla da göl Ölü dəniz və Elton gölü ilə yanaşı dünyanın ən duzlu göllərindən sayılır. Göl qalın duzlu torpağla əhatə olunub. Burada duz hasil edilir və karvanlarla Efiopiyaya göndərilir.
Assal | |
---|---|
ərəb. بحيرة عسل | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | -155 m |
Eni | 7 km |
Uzunluğu | 10 km |
Sahəsi | 54 km² |
Həcmi | 0, 4 km³ |
Su tutumu | 900 km² |
Dərin yeri | 20 m |
Minerallaşma tipi | duzlu |
Duzluluğu | 358 ‰ |
Yerləşməsi | |
11°40′ şm. e. 42°24′ ş. u.HGYO | |
Ölkə | Cibuti |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göldən təxminən beş kilometr məsafədə cənub-şərqdə Tacura körfəzi yerləşir.
Cibuti Respublikası təklif edib ki, Assal gölü ilə Ardoukoba vulkanı UNESCO-nun "Dünya irsi" siyahısına salınsın.
İqlimi
redaktəİsti səhrada yerləşən gölün sentyabrdan maya qədər temperaturası 52 °C qədər qalxır. Oktyabrdan aprelə qədər yüksək rütubətli yağışlar yağır və havanın temperaturu 34 °C aşağı düşmür. Güclü, quru və isti küləklər mühitin bir hissəsidir. Aylıq temperatur fərqi 6 °C olduğu bildirilir.[2] Yay mövsümü ərzində quru, isti küləklər iki istiqamətdən əsir: Sabo küləyi cənub-qərbdən və Hamsin küləyi şimal-qərbdən. Hərdənbir yağan yağışlar nəticəsində, oktyabrdan aprelə qədər külək şərqdən əsir.[3]
Göl suyunun temperaturu isə 33-34 °C, amma küləyin sürəti və buxarlanma az olanda səth suların temperaturu 20 °C olur.[3][4][5] Gölün dayaz dərinliklərində göl suyunun rəngi də dəyişir və kiçik müddətdə lüminessensiya rənglərinə boyanır.[6]
İstinadlar
redaktə- ↑ "ən alçaq yeri Assal gölüdür". 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
- ↑ "A life of constant thirst beside Djibouti's Lake Assal" Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. British Broadcasting Corporation (BBC). 4 dekabr 2010.
- ↑ 1 2 "Geothermal Development in the Assal Area in Djibouti." Arxivləşdirilib 2010-02-15 at the Wayback Machine (pdf). Djibouti Environmental Management Plan. pp. i–xi,26, 29–30.
- ↑ "Assal Lake – Djibouti" Arxivləşdirilib 2011-08-15 at the Wayback Machine. tixik.com.
- ↑ Walter Andrew Bell (1929). Horton-Windsor district, Nova Scotia Arxivləşdirilib 2021-11-02 at the Wayback Machine. F.A.Acland, Printer.
- ↑ Michael Hodd (22 mart 2002). East Africa handbook: the travel guide. Footprint Travel Guides. pp. 947–. ISBN 978-1-900949-65-1.